Məhkəmə qərarları › İş №3(027)-31/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-31/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-31/2022 12.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) X7 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, X7 07 yanvar 2021-ci il tarixdə saat 21:30 radələrində Quba rayonunun İ Nügədi kəndində yerləşən “Quba Zeytun-1” adlanan aptekdə saxlanılmış, üzərində qara rəngli şalvarınarxa sol cibində 3 ədəd gümüşü rəngli falqada narkotik vasitə aşkar olunmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən X5 barəsində 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 bildirdi ki, narkotik vasitə olan heroindən 2021-ci ilin oktyabr ayından noyabr ayının ortalarına kimi istifadə etmişdir. 07 yanvar 2022-ci il tarixdə üzərindən aşkar edilmiş 3 ədəd gümüşü rəngli falqalarda olan qaralmış vəziyyətdə heroinə oxşar kütləni əvvəllər həmkəndlisi, hazırda məhkum edilmiş Aslan Hacıyevdən hissə-hissə hər büküm üçün 10 manat olmaqla 15-16 büküm aldığını qeyd etmişdir. Həmin bükümləri 2021-ci ilin noyabr ayında istifadə edərək falqalanı atmaq üçün cibində saxladığını bildirmişdir. 07 yanvar 2022-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən “Quba-Zeytun-1” aptekində olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onlar onun üzərində narkotik vasitə olduğu barədə məlumat olduğunu bildirərək şübhəli olduğunu və üzərinə baxmalı olduqlarını qeyd etmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş onun üzərindən qanunla qadağan olunmuş 3 ədəd gümüşü rəngli falqaların içərisində qaralmış vəziyyətdə heroinə oxşar kütlənin qalıqlarının olması aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onu RPŞ-yə dəvət edərək gətirdilər. Polis şöbəsində bu barədə protokol tərtib olunmuş və o, da həmin protokolun doğruluğunu imzalamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X7 07 yanvar 2021-ci il tarixdə saat 21:30 radələrində Quba rayonunun İ Nügədi kəndində yerləşən “Quba Zeytun-1” adlanan aptekdə saxlanılmış, üzərində qara rəngli şalvarınarxa sol cibində 3 ədəd gümüşü rəngli falqada narkotik vasitə aşkar olunmuşdur. X5 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti X7 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 01 ədəd zərfdə olan 0,537 qram narkotik vasitə sayılan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təchizat Xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2022-ci il tarixli, 6/92 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün № 67” dairəvi möhür əksi, “07.01.2022-ci il tarixdə Quba rayonu 1-ci Nügədi kənd sakini Şəxs üzərindən aşkar edilmiş gümüşü rəngli 3 ədəd falqa..” yazılan bir ədəd ağ rəngli kağız zərfdə içərisində olan üç ədəd gümüşü rəngli folqa kağızı kəsiyi üzərində narkotik olan heroniə məxsus izləri var. Heroinlər iz şəklində olduğundan onların çəkisini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X5 əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə X5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan X5 üzərindən aşkar olunmuş 01 ədəd zərfdə 3 ədəd gümüşü rəngli falqa qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar