Məhkəmə qərarları › İş №3(027)-310/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-310/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-310/2024 16.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, xx.xx.1983-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Quba rayonu, Alpan kəndində ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 13 sentyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində idarə etdiyi “MAN Xüsusi Təyinatlı” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək, manevr etmə qaydalarını pozmuş nəticədə “VAZ 21074” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu barədə Quba RPŞ-nin X7 Bölməsinin əməkdaşı X2 tərəfindən 12 oktyabr 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır. Ona görə də, Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.8-ci maddədə nəzərdə tutulmuş 300 (üç yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.8ci maddədə nəzərdə tutulmuş 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar