Məhkəmə qərarları › İş №3(027)-310/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-310/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-310/2025 09.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Quba rayon YPX-nin inspektoru polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə xx.xx.1986cı il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Samux rayonu, Əhmədbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına 09 aprel 2025-ci il tarixdə Şəxs barəsində tərtib edilmiş Quba RPŞ-dən 31 mart 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:20 radələrində idarə etdiyi “Ford Transit” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonu H.Əliyev Prospektində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, “Ford Transit” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məişət avadanlıqları sataraq sürücü kimi fəaliyyət göstərir. Gəncə şəhərindn məişət avadanlıqları gətirib Quba şəhərində satır. 24 mart 2025-ci il tarixdən Quba şəhərindədir. xx.xx.2024-cü il tarixdə, saat 11:20 radələrində idarə etdiyi avtomobilin maksimum surəti saatda 70 km olmuşdur. Avtomobildə şəkər xəstəsi olan yaxınını olmuş və onu xəstəxanaya çatdırmaq üçün avtomobili sürətlə sürmək məcburiyyətində qalmışdır. Əməlindən peşimandır. Barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqnda icraat aparılan şəxsin müdafiəçisi X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlindən peşmandır. Barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Quba rayony YPX-nin inspektoru polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun izahat verərək, bildirmişdir ki, görüntülər polisə dəstək əməkdaşları tərəfindən qeydə alınmış və görüntülər əsasında protokol tərtib etmişdir. Ona görə də tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokol tərtib edtmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, “Ford Transit” yük markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur (BD679409 seriyalı qeydiyyat şəhadətnaməsi), onun B1, B, C1, C, D1, DC1E, CE kateqoriyalı, xx.xx.2032-ci ildədək qüvvədə olan sürücülük vəsiqəsi vardır. “Ford Transit” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025ci il tarixli akta əsasən məcburi dayanacağa yerıləşdirilmişdir. Protokola əlvə edilmiş videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki, “Ford Transit” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sürət həddi saatda 50 km məhdudlaşdırılmış Quba rayonu H.Əliyev prospektində hərəkətdə olarkən, daha artıq sürətlə (özünün dediyi kimi saatda 70 km sürətlə) hərəkətə başlayır, digər hərəkətdə olan avtomobilləri soldan və sağdan ziq-zaqvari hərəkətlərlə dəfələrlə ötür, işıqforda eyni hərəkətləri edərək, artıq qırmızı işıqda dayanan avtmobilin soldan qəfil qarşısına çıxır, hərəkətdə olduğu zaman avtomobili qəflətən sürətləndirir və dəfələrlə qəza şəraitləri yaradır. elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Fidan və xx.xx.2011-ci il təvəllüdlü Nihat adlı yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu, protokola sübut kimi əlavə edilmiş CD görüntüləri və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qeyd olunan hərəkətləri ilə avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alırmalıdır. İilk dəfə nzibati xəta törətməsini, əməlini etiraf edib, bu xətanın törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsetmənin əvvəli hazırkı qərarın elan olunduğu 09 aprel 2025-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 114-115 və 130cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar inzibati həbs verilməsi hissəsində dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 16:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar