Məhkəmə qərarları › İş №3(027)-312/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-312/2023

08.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-312/2023 08.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Protokolu tərtib edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs Ahəddin oğlunun iştirakı ilə xx.xx.1983-cü ildə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Quba rayonu, Çiçi kəndində evdə aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs Ahəddin oğlunun başından şüşə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 yanvar 2023-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin, İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 mart 2023-cü il tarixli, MN 1697916-1382 inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Quba rayonu, Çiçi kəndində qardaşım X2 hərbi xidmətə yola salınması ilə bağlı evdə məclis təşkil olunmuşdur. Məclisdə bir qədər spirtli içki içdikdən sonra mənimlə üz-üzə oturmuş Zərərçəkmiş şəxs mənə qarşı nalayiq ifadlərlə təhqir etdiyinə görə masadan götürdüyüm boş araq şüşəsini sağ əlimlə ilə onun başından bir dəfə vurdum. Həmin vaxt məclisdə olan adamlar bizi ayırdılar. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, Zərərçəkmiş şəxs Ahəddin oğlu ilə barışmışdır, Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ahəddin oğlu izahatında göstərmişdir ki, şahbala onun qohumudur. xx.xx.2023-cü il tarixdə Quba rayonu, Çiçi kəndində yeznəsi X2 hərbi xidmətə yola salınması ilə bağlı məclis təşkil olunmuşdur. Saat təxminən 20 radələrində yeznəsi evində təxminən 12-13 nəfərdən ibarət masada əyləşmişlər. Şəxs da masada onunla üz-üzə əyləşmişdir. Onlar bir qədər spirtli içki içmiş və yemək yemişdir. Bir qədər sonra Şahbala ona bildirmişdir ki, onun haqqında nalayiq sözlər demişdir. O da çahbalaya demişdir ki, onun haqqında heç vaxt nalayiq sözlər deməmişdir. Bu zaman Şahbala onu təhqir etmiş və o da onun cavabını vermişdir. Bu zaman Şahbala içdikləri araq şüşəsini götürüb onun başına bir dəfə vurmuşdur. həmin vaxtı masada oturan digər şəxslər onları aralamışdır. O öz yaşadığı evə gedib 102 xidmətinə Şahbala barəsində şikayət etmişdir. Lakin mübahisə vaxtı o, Şahbalanı vurmamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Ahəddin oğlunun ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar