Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-312/2025 18.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 09 fevral 2025-ci il tarixli EQ 25987411 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin 09 fevral 2025-ci il tarixli EQ 25987411 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 fevral 2025-ci il tarixdə təxminən saat 10 radələrində sahibkar X3 məxsus, etibarnamə əsasında idarə etdiyi və icarəyə götürdüyü “MAN TGX 18.440” yük markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı X6 MMC-yə məxsus çınqıldan ibarət olan yükü Quba rayonunun Qaraçay ərazisindən yükləyib Bakı şəhərinə aparıb. Yükü ünvanına aparmamışdan əvvəl Qaraçayda 5 saylı Yol İstismarı MMC-nin tərəzisində ölçülüb ki, norma pozuntusuna yol verilməsin. Ümumi çəki avtomaşınla birlikdə 39840 kiloqram gəlib, yəni yol verilən 40 ton çəkini aşmamışdı və buna görə Quba 5 saylı Yol İstismarı MMC tərəfindən yükün aparılmasına icazə verilib. Yükü boşaldıb geri qayıdanda xx.xx.2025-ci il tarixdə saat 15-57-də mobil telefonuma SMS gəlib ki, normadan artıq yükdaşımaya yol verdiyinə görə barəsində AR İXM-nin 353.2-ci maddəsilə elektron tərəzinin qeydə aldığı məlumat əsasında protokol tərtib olunmuşdur. Buna görə xx.xx.2025-ci il tarixdə Quba rayon PŞ-nin DYPB-nə gəlib barəsində tərtib olunmuş inzibati xəta üzrə qərarın surəti və videokameranın çəkdiyi fotoşəkilləri götürüb və görüb ki, yolun Xızı rayonunun Giləzi kəndindən keçən hissəsində quraşdırılmış elektron tərəzinin göstəricilərinə əsasən idarə etdiyi avtomaşının yüklə birlikdə çəkisi 43480 kq göstərilməklə güya normadan artıq, yükdaşımaya yol verməklə inzibati xətaya yol vermiş və buna görə 600 manat məbləğində cərimə olunmuşdur. Barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin qəbul etdiyi qərarı aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir. Belə ki, əvvələn o qeyd olunan yol hərəkəti qaydasını pozmamış, qərarda adına yazılan bu pozuntu düzgün göstərilməmişdir Çünki həmişə olduğu kimi yüklə yola düşməmişdən əvvəl avtomaşının yüklə birlikdə çəkisi Quba 5 № li Yol İstismarı MMC-nin tərəzisində çəkilmiş və norma daxilində olmuşdur ki, bu barələ xx.xx.2025-ci il tarixli 83S25 № li qəbzdə mövcuddur. Digər tərəfdən onun yük apardığı şosse yolda Qaraçay ərazisindən Bakı şəhərinə kimi iki yerdə- Şabran rayonunun Mollakamallı kəndində və Xızı rayonunun Giləzi kəndində elektron tərəzi mövcuddur. Əgər avtomaşınında normadan artıq yük var idisə, niyə yolun əvvəlində mövcud olan Şabran rayonunun Mollakamallı kəndindəki elektron tərəzi bunu qeydə almamışdı, eyni qaydada əvvəllər də dəfələrlə həmin avtomaşınla Qaraçaydan Bakı şəhərinə yük daşımış, amma bir dəfə də olsun belə pozuntu qeydə alınmamışdır. Bu səbəblərdən, Xızı rayonunun Giiəzi kəndindəki elektron tərəzinin göstəricisi kimi qeydə alınan göstəricini qeyri-obyektiv hesab edir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat vermiş, ərizənin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. İş materiallarında olan 09 fevral 2025-ci il tarixli EQ 25987411 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. X3 məxsus **-CA-*** dövlət nömrə nişanlı, “MAN TGX 18.440” yük markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 7888 kq-dır. İnzibati qərara əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı X6 MMC-nin tərəzi qəbzindən göründüyü kimi, X1 idarə etdiyi **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin maksimal kütləsinin avtomobillə birlikdə 39840 kq müəyyən edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının DİN BDYPİ-nin fotogörüntülərindən görünür ki, **-CA-*** dövlət nömrə nişanlı, “MAN TGX 18.440” yük markalı nəqliyyat vasitəsi Xızı rayonu Giləzi kəndində elektron tərəzini keçərkən maksimal yükdən artıq yükün olduğunu qeydə almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinəsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il taruxli 104 saylı qərarının 4.2-ci bəndinə əsasən Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır. Təqdim olunmuş sübutlardan göründüyü kimi, Azərbaycan Respublikasının DİN BDYPİ-nin fotogörüntülərində **-CA-*** dövlət nömrə nişanlı, “MAN TGX 18.440” yük markalı nəqliyyat vasitəsi Xızı rayonu Giləzi kəndində elektron tərəzini keçərkən maksimal yükdən artıq yükün olduğu qeydə alındığı aşkar olunduğu, lakin həmin nəqliyyat vasitəsinin yüklə ilk əvvəl Şabran rayonunun Mollakamallı kəndində yerləşdirilən elektron tərəzini keçdiyi və artıq yükün olduğunu təsbit edən fotogörüntü qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, X2 idarə etdiyi nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə kütlə parametrlərini aşmamaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə) ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi müəyyən olunmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş 09 fevral 2025-ci il tarixli EQ 25987411 nömrəli qərarı faktiki əsaslar olmadan, prosessual tələblərə riayət edilməməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında 09 fevral 2025-ci il tarixli EQ 25987411 nömrəli qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-312/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-312/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver