Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-319/2024 03.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələr ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında 03 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Quba rayonu, PŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında 03 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs Quba rayonu, PŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərkən onu nizamintizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Qeyd olunan materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş 03 mart 2024-cü il tarixli MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-318/2024 nömrəli inzibati iş və 3(027)-319/2024 nömrəli inzibati iş bir icraatda 3(027)-318/2024 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-319/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-319/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver