Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-320/2021 06.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsi ilə tərtib olunmuş 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 01.04.2021-ci il tarixdə, saat 17:20 radələrində Quba şəhərində yerləşən avtotəmir ərazisində tibbi maskadan istifadə etməmiş və Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törədiyinə görə 100 manat cərimə edilmişdir. X4 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi Şahverdi Fətəliyev tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli M1063917 nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 bildirdi ki, o, Quba şəhərində yaşayır. Qubada yerləşən avtotəmir adlanan yerə özünə məxsus avtomaşnla gedib, açıq bir sahədə düşüb, tibbi maskadan istifadə edənə qədər sanki onu güdürmüş kimi maşnın arxasından həmən polis maşını dayanıb, deyiblər maskadan niyə istifadə etmirsən? O, polis əməkdaşlarına bildirib ki, indi düşüb maşından açıq havadadı, indi taxır. Deyiblər ki, indi gecdir, ad soyadını de sənə 100 manat məbləğində cərimə yazılacaq. Nə qədər polis nəfərlərinə bildirsədə ki, indi düşüb maşından imkan verin tibbi maskadan istifadə edim, onlar isə onu kobudlayıb, qanuna tabe olmadığını deyiblər. Sanki ona bir cinayətkar kimi davranıblar. Sonradan əlavə polis nəfərlərini çağırıblar. Onlarada bildirib ki, açıq sahədə maşından düşüb tibbi maskadan istifadə etmək istəyirdi ki, qəfil onun maşnının arxasnda polis maşnını saxlayıb onu güdürmüş kimi ona cərimə yazılacağını deyiblər.O etiraz edib. Onu polis şöbəsinə dəvət ediblər. Ona edilmiş qanunsuzluğu araşdrmaq üçün özünə məxsus avtomaşınla bir polis nəfəri yanında olmağla, Quba rayon polis şöbəsinə gedib. Orda polis rəisinin müavini ilə görüşüb. Deyiblər ki, cəriməni yerində ödə, bildirib ki, həmin cərimə qanunsuzdur pulu ödəmək imkanları xaricindədir. Pandamiya başlanan dövrdən bugünkü günə qədər iş yeri bağlanıb. Deyilənlərə məhəl qoymadan onu buraxmayıblar. Bundan sonra onun barəsində Quba rayonu polis şöbəsində polis nəfəri onun Azərbaycan Respublikası İXM-nın 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyini qeyd edərək barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol inzibati tənbeh vermə haqqında qərar qəbul edib və onu 100 manat məbləğində cərimə yazılıb. Hesa edir ki, həmin inzibati xəta haqqında protokol və onun əsasında verilmiş qərar əsassızdır. O, 01.04.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Göstərilənıərə əsasən barəsində Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi Şahverdi Fətəliyev oğlu tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli MN1063917 nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş еtdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası DİN-nin Quba PŞnin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli MN1063917 nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X4 01.04.2021-ci il tarixdə, saat 17:20-də Quba şəhərində yerləşən avtotəmir ərazisində tibbi maskadan istifadə etməmiş və Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törədiyinə görə 100 manat cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli MN1063917 nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş MN1063917 nömrəli, 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli MN1063917 nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş MN1063917 nömrəli, 01 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-320/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-320/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver