Məhkəmə qərarları › İş №3(027)-320/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-320/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-320/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş 22 mart 2023-cü il tarixli, EQ 20102712 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ -nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş 23 mart 2023-cü il tarixli, EQ 20102712 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22 mart 2024-cli il tarixində, etibarnamə ilə idarə etdiyi “Mercedes Bens 220 minik” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospektilə hərəkət edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı EQ 20102712 nömrəli elektron qərarla 80 (səksən) manat cərimə yazılıb. Hesab edir ki, EQ 20102712 nömrəli elektron qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, EQ 20102712 nömrəli elektron qərarda göstərilir ki, İXM-nin 327.2-ci maddənin tələblərini pozaraq, işıqforun tələblərinə riayət etməmişdir. Qəti olaraq bildirir ki, ona tətbiq edilən maddənin tələblərini pozmamış. Dövlətimiz vəsait xərcləyərək, ictimai təhlükəsizliyi qorumaq və haqq-ədalətin tez bir zamanda öz yerini tutması üçün müşahidə kameraları quraşdırıb. Həmin görüntülər qısa zaman kəsiyində yaddaşdan silinmir. Özü də həmin işıqforun yerləşdiyi ərazidə olmuş və müşahidə aparmışdır. Həmin müşahidələrini telefonla qeydə almışdır. Telefon qeydlərindən görünür ki, H.Əliyev prospekti ilə şəhər mərkəzinə hərəkət edərkən, sol hərəkət zolağı ilə hərəkətdə olarkən, işıqforun qırmızı işığı yandıqda avtomobillə sola dönərək, geri dönmə hərəkəti etmək olar. O da həmin hərəkəti icra etmişdir. İddia olunur ki, o bu hərəkəti yerinə yetirərkən, “Sarı” işıq yanıb. Düşünür ki, bu işıqfor düzgün işləmir. Çünki, şəhər mərkəzindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, həmin işıqforun rəng göstəriciləri rəqəmlərlə ifadə olunur. Həm də rəng dəyişkənliyinə az qalmış həmin rəng yanıb sönməyə başlayır. Onun dönmə hərəkəti etdiyi tərəfdə isə işıqlar yanıb sönmür. Polisin ona təqdim etdiyi fotolardan birində görünür ki, o yaşıl işıqda sola dönüb, artıq digər yola çıxıb, yola düzəlməyinə az qalmış, “STOP” xəttində olan avtomobillər yenicə hərəkətə başlayıblar. Digər tərəfdən də əgər o rejimi pozmuş olsaydı, yuxarıdan gələn avtomobillər, avtomobiliylə onların yoluna çıxdığıdığı üçün idarə etdiyi avtomobilə toqquşardılar. Odur ki, Quba rayon polis şöbəsinin DYPB-nin İnzibati xəta haqqında iş üzrə 23 mart 2023-cü il tarixli AR İXM-nin 327.2-ci maddəsilə təqsirli bilinməsinə dair qərarının ləğv edilməsi, inzibati xətaya görə əməlində inzibati xəta tərkibi olmadığından, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ -nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan DİN BDYPİ -nin 22 mart 2023-cü il tarixli, EQ 20102712 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsilə nəzərədə tutulmuş xəta törətməsilə nətəcələnməsi müəyyən edilmiş və 80 manat cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes Bens 220 minik” markalı **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin H.Əliyev prospektilə hərəkət etdiyi yolda nizamlanan yolayrıcında 4.1.5 (sola dönmə-məcburi hərəkət istiqaməti) nişanı mövcuddur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Təqdim olunmuş sübutlardan, o cümlədən hadisəni əks etdirən foto görüntülərdən göründüyü kimi, “Mercedes Bens 220 minik” markalı **-PO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü hərəkət etdiyi yolda sfetoforun sola dönməyə icazə verən yaşıl işığı yandığı zaman sola dönmə əməliyyatını həyata keçirmiş və digər hərəkət iştirakçılarına svetaforun sarı işığı yandığı zaman dönməni bitirmişdir. Belə ki, inzibati xəta hadisəsini əks etdirən fotoda həmin an düzünə və əks istiqamətdə yolun hərəkət hissəsində avtomobillərin stop-xəttdə dayanması görüntülənmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasəb hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta haqqında 23 mart 2023-cü il tarixli, EQ 20102712 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar