Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-323/2024 03.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, Quba Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Quba rayon Polis Şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək, Azərbaycan Respublikası İXM-nin 333- 1.1 və 330.0.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Polis Şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən barəsində 09 mart 2024-cü il tarixdə, saat 19:17 radələrində Quba şəhəri, Fətəlixan küçəsində “Khazar LX” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı 600 manat məbləğində cərimə edilmişdir. O, qeyd edilən qərarla razılaşmır. Belə ki, eyni inzibati xəta hadisəsi ilə bağlı Quba Rayon Məhkəməsinin 3(027)-257/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək, 15 gün müddətinə inzibati həbs cəzasına məhkum edilmişdir. Əgər Quba rayon Polis Şöbəsi hesab edirsə ki, eyni vaxtda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə yanaşı, İXM- nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta da törədilmişdir, onda Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən həmin xətalara eyni gündə səlahiyyətləri daxilində Quba Rayon Məhkəməsi tərəfindən baxılaraq qərar qəbul edilməli idi. Belə ki, həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi, həm də 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aiddir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə işlərə baxmağa səlahiyyəti Quba Rayon Polis Şöbəsinə də aid olsa da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 34.2, 34.3 və 43.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin işlərə Quba Rayon Məhkəməsində baxılmalı idi. Bu hal eyni zamanda Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş ədalətlilik prinsipinin tələblərindən də irəli gəlir. Hal-hazırda mübahisələndirdiyi inzibati xəta haqqında qeyd edilən fakt üzrə Quba Rayon Məhkəməsi tərəfindən 13 mart 2024-cü il tarixli, 3(027)-257/2024 nömrəli qərar qəbul edilmişdir. Quba Rayon Polis Şöbəsinin polis mayoru X5 tərəfindən 13 mart 2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 3(027)-257/2024 saylı qərarının olması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə riayət edilməməsi və qərar qəbul edilərkən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları olduğundan həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilən Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba Rayon Polis X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 330.0.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 09 mart 2024-cü il tarixdə, saat 19:17 radələrində Quba şəhəri, Fətəlixan küçəsində “Khazar LX” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 333-1.1 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-257/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, X6 xx.xx.2024-cü il tarixdə Xaçmaz MRX-nin narkoloji kabinetində keçirilən müayinə zamanı narkotik vasitə marixuana qəbul etməsi müəyyən olunmuş, bunun əsasında Quba rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmiş, Quba Rayon Məhkəməsinin 3(027)-257/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 barəsində tərtib olunan TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilmə vaxtı xx.xx.2024-cü il əvəzinə, xx.xx.2024-cü il kimi göstərilmiş, X4 həmin inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini nəzərə almayaraq, yenidən eyni inzibati xətaya görə barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 330.0.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Bununla da hesab edilir ki, Quba Rayon Polis X1 barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı əsassızdır, ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba Rayon Polis X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 330.0.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba Rayon Polis X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 330.0.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP 63434445 nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-323/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-323/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver