Məhkəmə qərarları › İş №3(027)-325/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-325/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-325/2021 13.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 qızının, Zərərçəkmiş şəxs X6 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 qızı tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qusar rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. X3 ərizə ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, MN 0315482 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vəfat etmiş xalası X9 vəfat etməmişdən əvvəl ona 2005-ci il tarixdə vəsiyyətnamə tərtib etmişdir. Həmin vəsiyyətnaməyə əsasən o, özünə məxsus olan sənədləri toplamaq üçün yaşadığı Rusiya Federasiyasının Moskva şəhərindən azyaşlı oğlu Elcan ilə ata evinə Qusar şəhərinə gəlmişdir. Sənədləri topladıqdan sonra Qusar rayon Notariat ofisinə təqdim edərək vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsini almaq istəmişdir. Bu barədə o, birgə yaşadıqları evdə anası ilə söhbət edən zaman, anası onunla mübahisə etmiş və sənədlərin onda olmadığını bildirmişdir. Sənədlərin kimdə olmasını ondan soruşanda, anası onun üstünə qışqıraraq bildirmişdir ki, sənədləri ona verməyəcək və sənədləri qardaşı bankdan kredit alanda, kreditin təminatı olaraq evi özü banka girov qoymuşdur. Onların səsinə başqa otaqdan gələn qardaşı anasının üstünə qışqıraraq ona bildirmişdir ki, onu evdən qovsun və anasına sən niyə ona hesabat verirsən deyə onu qolundan tutaraq otağa salmışdır. Sonra otaqda olan uşağı onun qışqırığından qorxaraq ağlamağa başlamışdır. O, bu vaxt uşağı qucağına alaraq sakitləşdirməyə başlamışdır. Uşağın səsindən əsəbləşən qardaşı uşağın üstünə otaqda olan kubik-rubiki atmış, bu zaman o, uşağı qucağına alıb ayağa qalxaraq qardaşını sakitləşdirməyə cəhd etmişdir. Lakin qardaşı Nicat buna baxmayaraq uşağın yanında nalayiq küçə söyüşləri ilə onu və oğlunu söymüş və üstünə cumaraq onlara zərbələr endirmişdir. Həmin zərbələr ona və uşağına yönəlmişdir. Qardaşının zərbələrindən başını aşağı əyərək uşağı müdafiə etmişdir. Həmin vaxt qardaşı Nicat ona xəsarət veririb. Qardaşının zərbələrindən sonra o, halsız olmuş və uşağı qucağında saxlaya bilmədiyi üçün uşaq qucağından sürüşərək yerə düşmüşdür. Bu zaman anası və Nicatın həyat yoldaşı Oksana Nicatı qollarından tutaraq qırağa çəkmişlər. Bundan istifadə edərək o, 102 xidmətinə zəng etmişdir. Buna görə Nicat əsəbləşərək əlindəki telefonu alaraq yerə çırpmış və yenidən onu döyməyə başlamışdır. Ona dəyən zərbələrdən uşaq qorxub ağlamağa başlamış və uşağı qucağına alıb qaçan zaman Nicat qucağında olan uşağı dartmış və yerə çırpmışdır. Bunu görəndə o, qorxmuş və həyətə qaçaraq kömək istəmişdir. O, kömək istəyərkən Nicat ona tərəf qaçmış, onun səsi çıxmasın deyə onu vurmağa başlamış və ağzını tutaraq boğmuşdur. Həmin vaxtı boğulmamaq üçün Nicatı itələməyə məcbur olmuşdur. Səsinə gələn anası Nicatı sakitləşdirərək yuxardakı otağa aparmışdır. Həmin vaxt o, DİN 102 xidməti-zəng mərkəzinə təkrarən zəng etmişdir. O, otağında olan zaman qardaşı Nicatın anasının üstünə qışqırmağını eşitmiş, anasına bildirmişdir ki, polislər gələndə ona qarşı ifadə versin və şahidlik etsin. Özü qardaşı X4 heç bir qarşılıq verməmiş, onun sifətini cırmaqlamamış və əl zərbələri ilə vurmamışdır. Onun şikayəti əsasında Qusar RPŞ-nin Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılmış və həmin bölmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin baçlanılması rədd edilmişdir. O, həmin qərardan şikayət verməmişdir. Belə ki, lazım olan sənədlərlə o tanış olmamış, ekspertin rəyi ona təqdim olunmamış və qərarın surəti ona vaxtında verilməmişdir. Daha sonra isə Qusar RPŞ-nin İTB tərəfindən o, Aəzrbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunaraq 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X3 izahat verərək, onun barəsində Qusar rayon Polis şöbəsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı qərarın əsassız olduğunu, həmin qərarın ləğv olunmasını və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X11 izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən evdə qızı X3 onun otağına daxil olaraq sənədlərə görə onunla mübahisə etməyə başlamış, iki əllə onun yaxasından tutub bərk sıxmış, həmçinin qolundan tutub sıxmağa başlamış və bir neçə dəfə silkələyərək onu divarın küncünə çırpmış, yumruqla sol sifət nahiyəsinin qulaqla göz arasına vurmuşdur. Həmin vaxt səs-küyə oğlu Nicat gəlmişdir. Nicat Elnarəni onun otağından çıxarmaq istəmiş və sonuncu əl barmaqları ilə Nicatın sifətini cırmaqlamışdır. Bundan sonra Nicat Elnarənin sifətinə bir-iki sillə vurmuş və onlar qarşılıqlı dalaşmışlar. Qızı Elnarə hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Elnarə ilə Nicat inzibati məsuliyyətə cəlb olunmuşlar. Hesab edir ki, X1 barəsindəki həmin cərimə qərarı qanunidir, çünki həqiqətən də həmin şəxs onu döymüşdür. Ona görə də, həmin qərar qüvvədə saxlanılmalıdır. Ona görə də, X1 şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, X3 onun bacısıdır. O, xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən evdə olarkən, evdə anası Aidə və bacısı Elnarənin anasının otağında mübahisə etdiyini eşitmiş və həmin otağa getmişdir. Ora gedəndə bacısı Elnarənin anasının qolundan tutub sıxdığını, yaxasından tutub silkələdiyini, onu divara çırpdığını və anasının sifətinin şişdiyini görmüşdür. O, anasını müdafiə etmək üçün bacısını anasının otağından çıxarmağa çalışmış, həmin vaxt bacısı Elnarə əl barmaqları ilə onun sifətini cırmaqlamış və o bundan əsəbləşərək Elnarənin sifət nahiyəsinə əl zərbələri ilə vurmuşdur. Həmin hadisəyə görə o və bacısı Elnarə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşlar. O, Elnarəni döydüyünə, sonuncu isə anası Aidəni döydüyünə görə məsuliyyətə cəlb olunmuşlar. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Qusar RPŞ-nin MN ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından X10 qızı tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin TB-nın təhqiqatçısı X15 xx xxxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X1 Azərbaycan Respublikası DİN-nin "102" xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumatı əsasında toplanmış material üzrə X1 və X2 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanılması rədd edilmişdir. X1 və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda birlikdə yaşayan Elnarə Kiçibəyova əlləri ilə anası Aidə Kiçibəyovanın yaxasından tutub silkələyib, qolundan tutub sıxması nəticəsində sonuncuya fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, mübahisə zəminində Elnarə Kiçibəyova ilə həmin vaxt evdə olan Nicat Kiçibəyovun qarşılıqlı olaraq bir-birlərini döyməsi faktı təsdiq olunmuş, lakin Nicat Kiçibəyovun tərəfindən azyaşlı X13 döyülməsi faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 493 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, xx xxxx 1940-cı il təvəllüdlü X5 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun otaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ saidin qançırları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxxx 2019-cu il tarixdə müxtəlif vəziyyətlərdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin şəxs xx.xx.2019-cu il tarixdə saat 11:00 radələrində Aidə Kiçibəyovanın yaxasından tutub silkələmiş və qolundan tutub sıxmaqla ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İş materiallarında olan Qusar RPŞ-nin rəisi vəzifəsini icra edən X8 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon Məhkəməsinin 3(029)-390/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Qusar rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 qızı tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. X10 qızının Qusar rayon Məhkəməsinin 3(029)-390/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-62/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, barəsində inzibati qaydada iş üzrə qərar qəbul edilmiş şəxs X10 qızının Qusar RPŞ-nin MN ******* saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Qusar rayon Məhkəməsinin 3(029)-390/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Qusar rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Qusar rayon Məhkəməsinin 3(029)-81/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Qusar RPŞ-nin MN ******* saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan X10 qızının verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-287/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Qusar rayon Məhkəməsinin 3(029)-81/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati tənbeh vermə haqqında Qusar RPŞ-nin MN ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət üzrə material yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-874/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə X10 qızının şikayət ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-874/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından X6 verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-26/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 3(027)- 874/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2019-cu il tarixli qərardan verilmiş şikayət üzrə material yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 134.1-134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, hazırkı inzibatı xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Qusar rayon Polis Şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xətai haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, Elnara Kiçibəyovanın həmin xətanı törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin, həmçinin hadisəni görmüş şahidin izahatı ilə, ekspertiza rəyi ilə eləcə də, işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında həmin şöbə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması və s istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 qızı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar