Məhkəmə qərarları › İş №3(027)-326/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-326/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-326/2025 14.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Şəxs MMC (ünvanı: Quba şəhəri, Vaqif küçəsi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2025-ci il tarixdə MN ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan göründüyü kimi, Şəxs MMC Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1578 saylı,Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-140/2023 saylı, Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(027)-996/2023 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(119)-798/2021 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1219/2022 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və və icra məmurunun digər qanuni tələblərini yerinə yetirməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və Quba rayon İcra və Probasiya Şöbəsinə vaxtında məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqıda iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1578 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs işlədiyi müddətdə cavabdeh Şəxs MMC-dən əmək müqaviləsi üzrə 2020-ci ilin noyabr ayından 30 sentyabr 2021-ci ilə kimi ödənilməmiş qalan əmək haqqı, 01 aprel 2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqı və son haqq-hesabı hesablanaraq iddiaçıya ödənilməlidir. Cavabdeh Şəxs MMC-dən 25 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-996/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 3000 (üç min) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-140/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikas İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək, 117500 ədəd bitki nümunələrinin ümumi dəyəri olan 11.750 (on bir min yeddi yüz əlli) manat məbləğinin 30 faizi, yəni 3.525 (üç min beş yüz iyirmi beş) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(119)- 798/2021 saylı icra vərəqəsindən görünür ki, Qarşılıqlı iddia üzrə cavabdeh Şəxsndən 7091,38 (yeddi min doxsan bir manat 38 qəpik) manat məbləğində borc və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla, cəmi 7105,38 (yeddi min yüz beş manat 38 qəpik) manat pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)- 1219/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxsndən (VÖEN **********) 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində borc və 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 50020,61 (əlli min iyirmi manat 61 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs MMC-yə tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq Şəxs MMC icra sənədlərini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs MMC-nin yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hüquqi şəxsin maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 3000 (üç min) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar