Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-327/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Şahverdi Fətəliyevin, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 05.04.2022-ci il tarixdə, saat 03:40 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən 24 saat marketdə işləyən işçini söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Ona görə də Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Şahverdi Fətəliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 aprel 2022-ci il tarixli, MN 1398081-724 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Şahverdi Fətəliyev bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın təqsirli olduğunu, 05.04.2022-ci il tarixdə, saat 03:40 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən 24 saat marketdə işləyən işçini söyüb təhqir etdiyini və hazırda bundan peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X5, izahatında göstərdi ki, Şəxs 05.04.2022-ci il tarixdə, saat 03:40 radələrində onu işlədiyi marketdə nalayiq söyüşlərlə söymüşdür. Hazırda Şəxs qarşı şikayəti yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə inzibati xətanı inzibati tənbeh aldıqdan sonra eyni xətanı il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş materiallarında olan inzibati qaydada tutma haqqında 05.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 aprel 2022-ci il tarixdə, saat 06:15-də Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis mayoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-327/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-327/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver