Məhkəmə qərarları › İş №3(027)-329/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-329/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-329/2024 08.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən polis Quba RŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, subay fərdi əməklə məşqul olan, Quba şəhəri, 29-cu məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: 07 aprel 2024-cü il tarixli MN 16603510 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 07 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Hay-Küy”restoranında restoran sahibi X1 nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş X4 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:00 radələrində polis kiçik serjantı Mövsüm Əliyev ilə birlikdə 1 nömrəli avtopatrulda xidmətdə olduqları zaman Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Hayküy” restoranın qarşısında 2 nəfər tanımadığları şəxsin mübahisə edərək ünvansız nalayiq küçə söyüşləri söydüyünü görmüşlər. Yaxınlaşaraq özlərini təqim etmiş və saxlayaraq həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün Quba RPŞ-nə gətiriliblər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 1-2 radələrində Quba şəhəri, H.Əliyev prospektində durduğu zaman Romik adlı tanışı ilə rastlaşıb və qərara gəliblər ki, “Hay-küy” restoranına girib pivə içsinlər. Restoranda saat 03 radələrinə qədər oturub xeyli pivə içmiş və getmək istəyəndə hesabı ödəməyə pulu olmadığı üçün restoran sahibi İsmət Abubəkirovla aralarında mübahisə yaranmış və onu nalayiq söyüşlərlə söymüşdür. Restoran sahibi ilə mübahisəsi yadına düşmüş, həm də hədsiz sərxoş olduğu üçün uca səslə ünvansız nalayiq küçə söyüşləri söməyə başlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişdilər və onları Quba RPŞ-nə gətirmişdilər. Etdiyi əməldən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 1-2 radələrində Quba şəhəri, H.Əliyev prospektində “Hay-küy” restoranına müştəri qismində gələrək yeyib-içib və hesabı ödəməkdən imtina etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Ə. Əmrahov onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamşdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan göründüyü kimi, Şəxs 07 aprel 2023-cü il, saat 03:50-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2023-cü il, saat 03:50-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 5 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2023-cü il, saat 03:50-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar