Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-33/2025 10.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs basində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə və Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Quba şəhəri, Fətəlixan küçüəsi 157 ünvanda aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Quba şəhəri Fətəlixan küçəsi 153-də yaşayan Zərərçəkmiş şəxs 04 dekabr 2024-cü il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 11 radələrində Quba şəhərində Rasimənin onu döydüyünü bildirmiş, onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 04 dekabr 2024-cü il tarixdə saat 11 radələrində Quba RPŞ-nin qarşısında qudası Zərərçəkmiş şəxs ilə rastlaşmış və Tavat onunla qızı Nicabətin ünvanına nalayiq sözlər istifadə edərək onu təhqir etmişdir, bu səbəbdən aralarında ailə münasibətləri zəminində sözlü mübahisə yaranmış, lakin mübahisə zamanı Tavatı vurmamış və təhqir etməmişdir. Tavat əlindəki çanta ilə onu vurmaq istəyərkən çanta öz gözünə dəymişdir. Aralarındakı mübahisə təxminən 3 dəqiqə davam etmişdir. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 03 dekabr 2024-cü il tarixdə axşam saatlarında Quba rayonu Fətəlixan küçəsində yaşadığı evdə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı gəlini Nicabət onu söydüyünə görə oğlu Şükür də mübahisəyə qoşulmuş, lakin mübahisəyə müdaxilə edərək onları sakitləşdirmişdir. Mübahisə zamanı nə özü, nə də oğlu Şükür Nicabəti vurmamış və təhqir etməmişlər. Nicabətin dedikləri yalan və əsassızdır. 04 dekabr 2024-cü il tarixdə izahat vermək üçün Quba RPŞ-nə gəlmiş və saat 11 radələrində RPŞ-dən çıxarkən qudası Rasimə ilə rastlaşmışdır. Rasimə onu hədələmiş və sağ əli ilə onun sol göz nahiyəsindən yumruqla zərbə vurmuşdur. Zərbədən arxaya getmiş və Rasimə uzaqlaşıb getmişdir. Aralarındakı mübahisə təxminən 3 dəqiqə davam etmiş və kənar şəxslər olmamışdır. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1008 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözün altında sıyrıq küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 04 dekabr 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 dekabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti inzibati təsir tədbiri görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və barəsində inzibati icraat aparılan şəxslərin bir-biriləri ilə barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında icraata zərərçəkmiş şəxslə barışdığı üçün həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-33/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-33/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver