Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-330/2021 12.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, X3 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində Quba RPŞ-nin binasında yüksək səslə danışaraq növbətçi hissənin iş rejmini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X4 bildirdi ki, X3 xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində Quba RPŞ-nin binasında yüksək səslə danışaraq növbətçi hissənin iş rejmini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə onu və digər şəxsləri karantin qaydalarını pozduqlarına görə Quba RPŞ-nə gətirmişlər və barələrində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilərək 200 manat cərimə edilmiş və onun tərəfindən cərimə ödənilmişdir. Onun ayağının biri protez olduğu üçün evə buraxılmasını polis əməkdaşlarına bildirmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtb edilmiş və ona bildirilmişdir ki, izahatında etiraf etsinki, onu evə buraxa bilsinlər. Əlavə olaraq bildirdi ki, Quba RPŞ-nin binasında yüksək səslə danışmayıb, növbətçi hissənin iş rejmini pozmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə protokol tərtib edən şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda X1 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilsə də, onun həmin maddənin dispozisiyasında göstərilən məhz hansı hərəkətləri törətməsi, yəni polisin hansı tələblərini yerinə yetirməməsi dəqiq şəkildə öz əksini tapmamış, bu barədə heç bir sənəd inzibati xəta haqqında protokola əlavə olunmamış və şahid (şahidlər) göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-330/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-330/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver