Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-331/2023 14.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023cü il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə hesab edir ki, aşağıdakı icraatı rədd edən hallar olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə material məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İcraatı rədd edən hallar isə mövcud olduqda, iş baxışa təyin edilə bilməz və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 106.0.4, 109.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə icraata xitam verilməlidir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə vaxtının hesablanması müddətinin əvvəli hesab edilir. Çünki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, yol hərəkəti qaydaları əleyhinə olan xətalara deyil, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İş materiallarından göründüyü kimi, Şəxs barəsində EQ ******* nömrəli qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla (xx.xx.2022) 3 aylıq müddətin bitdiyi vaxtdan (xx.xx.2022) ən geci 4 ay keçənədək, yəni xx.xx.2022-ci il tarixədək inzibati tənbeh verilməli olduğu halda, həmin müddət ötürülmüş, bununla da, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bununla da Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən işin məhkəmə icraatını rədd edən hallar vardır. Lakin iş artıq məhkəməyə göndərildiyi üçün, həmin işin icraatına hazırlıq mərhələsində xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad. 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (mad. 106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmçinin səlahiyyətli orqanın diqqəti iş məhkəməyə göndərilənədək müddətlərlə bağlı qeyd olunanların nəzərə alınmasına cəlb edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 53, 105-109-cu maddərini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti iş məhkəməyə göndərilənədək müddətlərlə bağlı qeyd olunanların nəzərə alınmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-331/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-331/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver