Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-333/2023 14.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə xx.xx.1989-ci il tarixdə Xaçmaz rayon Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Xaçmaz rayonu Padar kəndində qeydiyyatda olan və yaşayan (X4 5LN87JG) - X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.1 və 327.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin YPXA-nın əməkdaşı tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilir ki, X1 Məzahir Gülbala oğlu xx.xx.2023-cü il tarixdə saat 09:41 radələrində idarə etdiyi “VAZ21103” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirmişdir ki, 21 may 2022-ci il tarixdə saat 09:41 radələrində “VAZ 21103” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən içkili olmamışdır. Bu vaxt polis əməkdaşları ona yaxınlaşaraq, sərxoş halda nəqliyyat vasitəsini idarə etməkdə təqsirləndirmişlər. Avtomaşını sərxoş vəziyyətdə idarə etmədiyini bildirərək, əməlində inzibati xətanın tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş inzibati xəta haqqında protokolu tərtib etmiş Quba Rayon Polis Şöbəsinin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokolda düzgün ifadə olunmasa da, həmin protokolda X5 haqqında Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə inzibati icraat başlanmasının əsasını onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, avtomaşını sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması təşkil edir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilən qanun normalarının tələbinə görə hazırki işdə X2 əməlində zərərçəkmiş şəxsə maddi zərər vurulması onun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsindən baş verməlidir. Göründyü kimi, Məzahir Şamilovin əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsində göstərilən məsuliyyətin yaranması üçün onun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi həlledici dispozitiv şərtdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Lakin, iş materiallarında xüsusi texniki vasitə ilə Məzahir Şamilov tərəfindən narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir göstərən maddələri qəbulunun müəyyən edilməsini təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, protokolu tərtib edən orqan tərəfindən iş materiallarına alkotester rəyinin ksero surəti əlavə edilmişdir. Həmin alkotester rəyinin üzərində onun doğruluğunu təsdiq edəcək imza və ya möhür mövcud olmamışdır. Məhkəməyə protokolu tərtib etmiş orqan tərəfindən Məzahir Şamilov barəsində “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt” təqdim edilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kserosurət olan rəyi sübut növü kimi qəbul edilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də Məzahir Şamilovun göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərilən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və məhz bunun nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hadisə yerinin sxemi çəkilməmişdir. Halbuki, belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X5 nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxs kimi xx.xx.2022-ci il tarixdə, saat 09:41-də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, zərərçəkmiş şəxsə vurulması göstərilən maddi zərər onun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində baş verməmişdir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, X5 barəsində Azərbaycan Respublikası İXPM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş şəxs tərəfindən hüquqi qiymət verilməsi üçün Quba Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş şəxs tərəfindən hüquqi qiymət verilməsi üçün Quba Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən : Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-333/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-333/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver