Məhkəmə qərarları › İş №3(027)-334/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-334/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-334/2024 08.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, sürücü, Quba rayonu, İqriq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 05.02 2024-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı Quba rayonu, İqriq kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs zəng edərək, ruhi xəstə olduğunu bildirən qonşusu Müşviqin onu döyməsi, hədələməsi və yoldaşını təhqir etməsi barədə məlumat vermişdir. Araşdırma zamanı məlim olmuşdur ki, Şəxs tərəfindən 05 fevral 2024-cü il tarixdə, təxminən saat 16 radələrində Quba rayonu, iqrıq kəndi ərazisində aralarında yaranmış şəxsi münasibətlər zəmində baş vermiş mübahisə zamanı döyülməsi izahat, ekspertiza rəyi və digər təhqiqat sənədləri ilə sübuta yetirilmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, sürücü işləyir, himayəsində 2 övladı vardır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla münasibəti yoxdur. Təxminən 6 ay əvvəl Famil həyətində əlavə tikili tikmiş və suyu onun həyətinə tökülür. Bu səbəbdən dəfələrlə ona irad tutmuş, lakin Famil problemi aradan qaldırmamışdır. Bu səbəbdən 05 fevral 2024-cü il tarixdə, təxminən saat 16 radələrində evinin qarşısında avtomobil yuyan zaman Famil keçərkən tikili ilə bağlı irad tutmuş, bu vaxt aralarında mübahisələri yaranmışdır. Mübahisə zəminində Familə yumruq atmış, onu təhqir etmişdir. Mübahisələri təxminən 2-3 dəqiqə davam etmişdir. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, heç yerdə işləmir, ruhi xəstədir. Himayəsində 3 övladı vardır. Şəxs Bayram oğlu onun qonşusudur. Münasibətləri yaxşı deyil. Bunun səbəbi onun evin həyətində əlavə tikili tikməsi və həmin tikilinin suyunun onun həyətinə tökülməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində özünə məxsus qazları gətirməyə getdiyi zaman Müşfiq ilə rastlaşmış, aralarında mübahisələri yaranmış, bu vaxt Müşfiq onu təhqir etmiş və onu döymüşdür. Həmin vaxtı Müşfiqin oğlanları orada olmuşdur. Həyat yoldaşı Zəminə hadisə yerinə gələrək onu evə aparmışdır. Buna baxmayaraq, ərizə təqdim edərək barışdıqları üçün Müşfiqdən şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 mart 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 135 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətsol kürəyində səyrıq, sol bazunun yuxarı 1/3-nin bayır səthində qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixdə tarixdə, yəni 09 fevral 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və həmin Məcəllənin 53.1.9-cu maddəsinə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar