Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-336/2023 07.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və protokol tərtib etmiş şəxs X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan verilmiş şikayətə baxılması üçün X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən barəmdə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Siyəzən rayonunun dağlıq ərazisində lazımı icazə sənədi olmadan qanunsuz olaraq ovla məşğul olmağı faktı ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixdə o, və yoldaşları Şabran rayonu “İstisu” istirahət mərkəzinə getmişlər. İstirahətdən qayıdan zaman ona məxsus “Niva” markalı avtomobildə texniki nasazlıq olduğundan meşəlik ərazidə dayanmalı olmuşlar. Taleh adında dostu həmin ərazidə gəzərkən kəklik növünə aid quş tapmış və həmin quş cansız olmuşdur. Quba rayonuna qayıdan zaman ekologiya idarəsinin əməkdaşları onun avtomobilini saxlayaraq axtarış aparan zaman həmin kəklik Talehə məxsus çantadan çıxmışdır. Ekologiya idarəsinin əməkdaşları həmin günü onları çayxanaya dəvət edərək, barələrində protokollar tərtib etmişlər. Daha sonra onlar Quba rayonuna qayıtmışlar. Xudat şəhərində yerləşən ekologiya idarəsinə dəvət olunmağı barədə bildiriş gəldikdən sonra o, xx.xx.2023-cü il tarixdə ekologiya idarəsinə getmişdir. İdarədə həmin kəkliyi vurmadığını bildirsə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 1000 (bir min) manat məbləğində cərimə yazmışlar. Qərarı 04 mart 2023-cü il tarixdə rəsmi qaydada almışdır. O, həmin protokol və qərarla razılaşmır. O, qərarla tanış olandan sonra bilmişdir ki, qərar qanunsuzdur və əsasssız olaraq tərtib edilib ona görə də qərardan Quba Rayon Məhkəməsinə şikayət vermişdir. Ona görə də hazırki, şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 bildirmişdir ki, silahı qeyd olunan ərazidən götürüblər. xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və xx.xx.2023-cü ildə qərar qəbul edilmişdir. Həmin qərar əsasında 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Siyəzən rayonu ərazisində həmin gün reyddə olmuşdur. Qeyd edilən protokol onun tərəfindən tərtib edilmişdir. Avtomobilə baxış keçirilən zaman maşında ümumilikdə 4 ədəd tüfəng və bir ədəd cansız kəklik aşkar edilmişdir. Qeyd olunan kəkliyin həmin şəxslər tərəfindən vurulduğunu görməmişdir. Avtomobildə 5 nəfər olmuşlar, onlardan biri sürücü olub. Onların heç birində ov etmək məqsədilə lisenziya və buraxılış vərəqələri olmadığından hər birinə ayrı-ayrı protokollar tərtib edilib. Lakin 2 nəfər üçün tərtib edilən protokol ərazi aidiyyəti üzrə Xızı rayonuna göndərilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X5 bildirmişlər ki, xx.xx.2023cü il tarixdə o, və yoldaşları Şabran rayonu “İstisu” istirahət mərkəzinə getmişlər. İstirahətdən qayıdan zaman ona məxsus “Niva” markalı avtomobildə texniki nasazlıq olduğundan meşəlik ərazidə dayanmalı olmuşlar. Taleh adında dostu həmin ərazidə gəzərkən kəklik növünə aid quş tapmış və həmin quş cansız olmuşdur. Həmin gün onlar ov etməmişlər. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən Xızı və Siyəzən rayonları rasındakı ərazidə özünə məxsus avtomobili və özünə məxsus ov silahı ilə lazimi icazə olmadan qanunsuz olaraq ovla məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “nzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (bir manat) məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İşin halarına əsasən X5 lazımı icazə sənədi olmadan qanunsuz olaraq ovla məşğul olması əsası ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə olunmuş və o barəsində olan qeyd edilən qərardan şikayət vermişdir. İnzibati qərar qəbul edilənədək aparılan inzibati araşdırma zamanı X3 ov yerində ora buraxılan quşların izlənilməsi, habelə təqib edilməsi və avtomobildən cansız quş aşkar olunması, yəni ov edilməsi inzibati məsuliyyətə cəlb olunma əsası kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydalarının 1.2-ci bəndinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə əhəmiyyət kəsb edən məlumatlar, yəni xətanın törədildiyi yerin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerinə aid olub-olmaması barədə məlumatlar, avtomobildə hərəkətdə olmaqla ov məqsədilə izlənmə və ya təqib mümkünlüyü, aşkar edilmiş 1 ədəd ov obyektinin bir neçə şəxs tərəfindən vurulmasının qeyri-mümkünlüyü ilə bağlı faktiki hallar araşdırılmamışdır. O cümlədən inzibati xəta haqqında işə törədildiyi yerdə baxılmalı olsa da, qərarda xətanın baş verdiyi yer kimi “Siyəzən rayonu, Dağ-quşçu kəndinin qərb istiqamətində dağlıq ərazi” müəyyən olunsa da, 2 şəxs barədə inzibati materialın ərazi aidiyyəti üzrə bir, digər 2 şəxs barədə inzibati materialın ərazi aidiyyəti üzrə başqa aidiyyəti orqana göndərilməsilə bağlı hər hansı əsaslanma aparılmamışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə X5 və dostları Şabran rayonu “İstisu” istirahət mərkəzinə getmişlər. İstirahətdən qayıdan zaman ona məxsus “Niva” markalı avtomobildə texniki nasazlıq olduğundan meşəlik ərazidə dayanmalı olmuşlar. X3 Taleh adında dostu həmin ərazidə gəzərkən kəklik növünə aid quş tapmış və həmin quş cansız olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı tərəfindən avtomobilə baxış keçirilən zaman ov tüfəngləri və cansız kəklik aşkar edilmişdir. Lakin, qeyd olunan kəklik adlı quşun X5 tərəfindən ovlanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən görülməmişdir. Belə olan halda, X3 avtomobilində aşkar edilmiş 1 ədəd kəklik quşunun X5 tərəfindən ovlanması sübuta yetirilməmişdir. Həmçinin, onlar Şabran rayon ərazisində olsalarda, protokol Siyəzən rayon ərazisində tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Göründüyü kimi inzibati araşdırma aparılan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-336/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-336/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver