Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-343/2024 16.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1 Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyənetdi: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Quba rayonu, İspik kəndində Zərərçəkmiş şəxs məxsus “VAZ-2107” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildə qol altında olan pul qabından 40 manat pul oğurlamışdır. Bununla bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN 1663700-2232 nömrəli protokol materialla birlikdə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Quba rayonu, İspik kəndində Zərərçəkmiş şəxs məxsus “VAZ-2107” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildə qol altında olan pul qabından 40 manat pul oğurlamışdır. Hazırda zərəçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Quba rayonu, İspik kəndində ona məxsus “VAZ-2107” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildə qol altında olan pul qabından 40 manat pul oğurlamışdır. Hazırda Şəxsla barışdığını, ona dəymiş ziyanin Şəxs tərəfinən tam ödənildiyini, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Quba rayonu, İspik kəndində Zərərçəkmiş şəxs məxsus “VAZ-2107” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildə qol altında olan pul qabından 40 manat pul oğurlamışdır. Qüvvədə olan qanunvericiliyə əsasən həmin məbləğ Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibini yaratmır. Ona görə də, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1010 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Şəxs tərəfindən tam ödənilmiş, hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da, məhkəməyə ərizə ilə müraciət edərək haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-343/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-343/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver