Məhkəmə qərarları › İş №3(027)-345/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-345/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-345/2024 29.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X3 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/1-6971 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 məhkəməyə müraciət edərək, barəsində Quba rayonu Yol Patrul Xidməti əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024- cü il tarixli, 3-13-16/1-6971 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023 il tarixində özünə məxsus “KİA Sorento” markalı avtomobillə hərəkətdə olduğu zaman Quba rayonu Heydər Əliyev prospekti dairəsi ərazisində Quba rayonu YPX əməkdaşı, polis çavuşu X2 tərəfindən saxlanılmışdı. Polis əməkdaşı tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə barəsində protokol rəsmiləşdirilmişdi. Polis əməkdaşı X1 hərəkəti haqqında qanunun 76-ci və 75-ci maddəıərini rəhbər tutmuşdu. Maddənin izah olunmasını tələb etsə də tələbi icra olunmamışdı. Daha sonra xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla 80 manat məbləğində cərimə olunmuşdu. İnzibati xəta haqqında qərardan narazı olduğu üçün Quba Rayon Məhkəməsinə şikayət etmişdi. Şikayəti Quba Rayon Məhkəməsinin 3(027)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilərək, xx.xx.2023-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilmişdir. Lakin yenidən işə baxan Quba RPŞ-nin DYPB-nin rəisi Sahib Süleymanov heç bir araşdırma aparmadan inzibati protokolun qərarının tam sübuta yetirildiyini qeyd edərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində cərimənin yenidən qüvvəyə minməsi barədə qərar qəbul etmişdir. O, sözügedən dairəyə daxil olarkən və dairədən çıxarkən orada quraşdırılan yol nişanlarının tələbinə əməl edərək hərəkətinə davam etmişdir.” Qərarın əsaslandıncı hissəsi bir cümlədən ibarətdir “İnzibati xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirilmişdir”. Hesab edir ki, barəsində çıxarılmış hazırki qərar da əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. İşə təkrar baxılması səthi aparılmış, əsaslandırılmadan qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd olunan xüsusatlara diqqət yetirilməmişdir. İşə Quba Rayon Polis Şöbəsinin DYPB-nin rəisi Sahib Süleymanov tərəfindən səthi yanaşılmasını qərarının giriş hissəsində qeyd etdiyi səhvlər özü-özlüyündə sübutdur. Belə ki, protokol xx.xx.2023-cü il tarixində tərtib edildiyi halda, qərarda protokolun tərtib edilmə tarixi xx.xx.2022ci il, protokol mənim barəmdə tərtib edildiyi halda, qərarda protokolun X4 barəsində tərtib edildiyi göstərilmişdir. Məhkəmə iclasında X6 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-13- 16/1-6971 saylı inzibati xəta haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/1-6971 saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə nəzərədə tutulmuş xəta törətməsilə nətəcələnməsi müəyyən edilmiş və 80 manat cərimə edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, DİN Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilinərək, 80 manat cərimə edilməsi qərara alınmış, o, həmin qərarla razılaşmayaraq, qərarın ləğv edilməsi barədə Quba Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(027)- 14/2024 saylı qərarı ilə ləğv edilərək, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Quba rayon polis şöbəsinin DYPB-ə göndərilmişdir. İş yenidən araşdırılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 80 manat məbləğində cərimə müəyyən edilməsi barədə 19 mart 2024-cü il tarixli, N 3-13-16/1-6971 saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. H. Quliyev yenidən məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və inzibati xətaya görə əməlində inzibati xəta tərkibi olmadığından, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, xx.xx.2023-cü il tarixdə X6 idarə etdiyi “KİA Sorento” markalı, 77-MG- 275 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba şəhərinin girişində, yəni “ASAN Xidmət” Mərkəzinin qarşısında yerləşən dairəvi yola daxil olarkən və dairəvi yoldan çıxarkən İXP ******* saylı protokolda göstərilən, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaların tərkibini yaradacaq qayda pozuntusu etmir. Xətanın görüntüsünü əks etdirən diskə baxış keçirilərkən müəyyə olunmuşdur ki, X6 idarə etdiyi avtomobilə dairəyə daxil olarkən və dairədən çıxarkən yol nişanlarının tələbinə əməl etmişdir. Təqdim olunmuş sübutlardan, o cümlədən hadisəni əks etdirən videodan göründüyü kimi, “KİA Sorento” markalı, 77-MG- 275 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən İXP ******* saylı protokolda göstərilən, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaların tərkibini yaradacaq inzibati xəta törətməmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105.1, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta haqqında 19 mart 2024-cü il tarixli, N 3-13-16/1-6971 saylı qərarı ləğv edilsin və X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar