Məhkəmə qərarları › İş №3(027)-345/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-345/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-345/2025 12.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 25889530 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 328.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 04 fevral 2025-ci il tarixli, EQ25889530 nömrəli protokol əsasında qəbul edilmiş qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 04 fevral 2025-ci il tarixli, EQ 25889530 nömrəli inzibati xəta haqqında qərarına əsasən o, 04 fevral 2025-ci il tarixdə, saat 08:02 radələrində Quba-SDK rayolu 167-ci kilometrliyində “BMW-5281” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı 400 manat məbləğində cərimə edilmişdir. O, qeyd edilən qərarla razılaşmır. Belə ki, BMW-5281 **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olsa da, həmin avtomobilin idarə edilməsinə dair başqa şəxslərə etibarnamə vermişdir. İnzibati xəta haqqında protokol tərtib edilən vaxtı avtomobili o, idarə etməmişdir. İnzibati xəta haqqında xəta əlavə edilən fotoşəkildə avtomobilin kimin idarə etməsi görünmür. O, həmin vaxt tamamilə başqa bir yerdə olmuşdur. Avtomobili o, idarə etməmişdir. Avtomobili o, idarə etməsə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilməsi onun hüquqlarının pozulmasına səbəb olmuş, əsassız olaraq inzibati cəriməyə məruz qalmışdır. O, həmin qərarla razılaşmır. İşə baxılmasının yeri və vaxtı barədə qərardan şikayət verən X2 və qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin BDYPİ -ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə, onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X3 xx.xx.2025-cü il tarixdə “BMW-5281” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba- SDK rayolu 167-ci kilometrliyində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. X3 şikayətini “BMW-5281” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətində olsa da, etibarnamə əsasında başqa şəxslərə istifadə üçün verdiyini və inzibati xəta hadisəsi baş verən zaman avtomobilin onun tərəfindən idarə edilmədiyi ilə əsaslandırmış, bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 25889530 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 25889530 saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Bununla belə məhkəmə qeyd edir ki, İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilməli olduğu halda, inzibati orqanın tətbiq etdiyi tənbeh İXM-nin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmadığından, qərar dəyişdirilməlidir. Belə ki, foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə məlumatında sürət həddinin 13 km/saat aşıldığı müəyyən olunsa da, X1 400 manat cərimə edilməsinə dair tənbeh tətbiq edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM –nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 25889530 elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. DİN-nin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 25889530 nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati tənbeh hissəsində dəyişdirilsin və X3 10 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar