Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-346/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN N ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə, saat 12:30-da X6 mərkəzinin qeydiyyat şöbəsində iş vaxtı tibbi maskadan istifadə etməmiş və Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törədiyinə görə 100 manat cərimə edilmişdir. X4 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 bildirdi ki, o, X6 mərkəzində xəstələrin qeydiyyat bölməsində qeydiyyatçı olaraq işləyir. Diaqnostika Mərkəzinə adını sonradan öyrəndiyi Natiq və Mətin Kərimov adlı polis əməkdaşları gəlmişdi. Onun gözləri astiqmatizm xəstəliyindən əziyyət çəkir və eynəksiz işləyə bilmir. Eynəkdən istifadə edən zamanlarda maskamı burnumun üstünə qədər qaldıra bilmir. Çünki, nəfəs alıb verəndə eynəyin şüşələrində buğ əmələ gəlir və bu onun görməyində çətinlik yaradır. Lakin, bu gün karantin qaydasını pozmağı ilə bağlı o, yuxarıda adı çəkilən polis əməkdaşları tərəfindən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında 101 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, pandemiya ilə mübarizə zamanı o, Quba rayon Mərkəzi Xəstəxanasında çalışan zaman fəal işçi kimi xəstələrə xidmət göstərmişdir. Halhazırda da həmin xidməti X5 göstərir. O, karantin qaydasını pozmamışdır. Polis əməkdaşlarına da gözündə zəiflik olduğundan eynək taxmaq məcburiyyətində olduğunu və eynək taxan zaman maska taxanda görməyə çətinlik çəkdiyi üçün maskanı ağız hissəsində saxladığını bildirmiş, lakin nəticə etibarı ilə 101 manat məbləğində cərimə edilmişdi. Həmin polis əməkdaşları yerindəcə cəriməni ödəməli olduğunu, ödəmədiyi halda onu müdiriyyətə şikayət edərək işdən çıxaracaqları barədə hədələmişdilər. Onun iki azyaşlı övladı var. Yoldaşı ilə rəsmi olaraq ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Uşaqların atası ona maddi cəhətdən köməklik göstərmir. Onun aylıq maaşı 253 manatdır. O, 101 manat cəriməni ödəyərsə uşaqlarının maddi cəhətdən saxlanılmasına çətinlik çəkmiş olacaq. O, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Göstərilənıərə əsasən barəsində Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş еtdi. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 və Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə X1 və Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası DİN-nin Quba PŞnin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X4 xx.xx.2021-ci il tarixdə, saat 12:30-da X6 mərkəzinin qeydiyyat şöbəsində iş vaxtı tibbi maskadan istifadə etməmiş və Azərbaycan Respublikasının İXMnin 211.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törədiyinə görə 100 manat cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş MN N ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli ******* nömrəli protokol və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsi ilə tərtib olunmuş MN N ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-346/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-346/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver