Məhkəmə qərarları › İş №3(027)-346/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-346/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-346/2022 07.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs qanında güclü təsiredici tramadol və narkotik vasitə olan metdon aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində 06.04.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o,maşın ustası işləyir. Özünə məxsus ** LL *** dövlət nömrə nişanlı BMV markalı avtomobili var. 31 yanvar 2022-ci il tarixdə dostu Tural Abbasovla birlikdə Bakı şəhərinə getmiş, geri qayıdan zaman saat 19:30-da Quba şəhəri H. Əliyev prospektində yerləşən avtobus dayanacağında saxlamış və siqaret kəçmək qərarına gəlmişdir. Siqaret kəçdikləri vaxt aralarında söz mübahisələri yaranmış, təhqir edici sözlər işlətmişlər. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və nizam-intizama dəvət etmişlər. Həmin vaxtı onun sərxoş və ya narkotik maddənin təsiri altında olduqları barədə şübhələr yaranmış və bu səbəbdən RPŞ-nə dəvət edilmişdir. Həmin vaxtı o, narkotik maddə qəbul etməmiş, polis əməkdaşlarını hədələməmişdir. Sonuncu dəfə narkotik maddədən 2021-ci ilin noyabr ayında Bakı şəhərində dostlarının toyunda istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon X5 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs narkotik vasitədən istifadə etməsi Səhiyyə Naziliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 23 fevral 2022-ci il tarixli 653 nömrəli məktubu ilə göndərilmiş 439/K nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmış, qeyd olunan rəydə sonuncunun qanı nümunələrindən güclü təsiredirci Tramadol və narkotik vasitə olan Metdon aşkar edilmiş və akt ilə tam təsdiq edilmişdir. X3 qan və sidik nümunələrində isə narkotik vasitə, eləcə də psixotrop maddələr aşkar edilməmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd olunmuş və qərarın surəti onun barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Naziliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 23 fevral 2022-ci il tarixli 653 nömrəli məktubu ilə göndərilmiş 439/K nömrəli ekspert rəyində yuxarıda adı qeyd olunan Şəxs götürülmüş qan və sidik nümunələrindən Tramadol və Metadon aşkar edilmişdir. İş materiallarında olan 07.04. 2022-ci il tarixli 46 nömrəli akta əsasən, Şəxs narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Həmin aktda Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Şəxs 03.10.2012-ci il təvəllüdlü X8 və 17.02.2015-ci il təvəllüdlü X9 adlı iki az yaşlı uşağı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə inzibati xəta törətdiyini, gənc olmasını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə inzibati xəta törətdiyini, gənc olmasını inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, 07.04. 2022-ci il tarixli 46 nömrəli akta əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar