Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-346/2025 18.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 7KALUND, evli, Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs basində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə və Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixində saat 00:30 radələrində Dağlı kəndində Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 20 manat dəyərində yanacaq oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Quba rayonu Dağlı kəndindəyaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:22-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək VAZ-2107 markalı **-QG-*** d.n.n avtomobilindən benzin oğurlanmasını bildirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, günlük taksi fəailiyyəti ilə məşğul olmaq üçün “Toyota Prius” markalı avtomobil idarə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 00:30 radələrində Quba şəhərində olduğu zaman *0066 taksi şirkətindən Quba rayonu Dağlı kəndinə sifariş gəlmişdir. O da sifarişi qəbul edib həmin şəxsi Quba rayonu Dağlı kəndinə aparmış və orada həmin şəxsi düşürdükdən sonra geri qayıdan zaman avtomobilin yanacağının bitdiyini görüb və avtomobili yolun kənarında saxlayıb, kəndə daxil olmuş, orada evin qarşısında dayanan avtomobildən yanacaq çəkmiş, yanacağaı idarə etdiyi avtomobilə boşaltmışdır. O bu hərəkəti məcbur qalıb eləmişdi, çünki həmin vaxt mobil telefondan zəng etməyə də imkanı olmamışdır. Hazırda 20 manat ziyanı ödəməyə hazırdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 20 manat ziyanla razılaşmayaraq ifadəsində bildirmişdir ki, Şəxs bundan əvvəldə ona 400 manat ziyan vurmuşdur, o nəinki 20 manat, 400 manatı tələb edir. O bu barədə PŞ-nə də müraciət edib. qərarı ilə razı deyil, cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 aprel 2025-ci il tarixli qərarı ona təqdim edilməmiş, həmin qərarla razı deyil və qərardan şikayətçidir, işin yenidən araşdırılmasını tələb edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 aprel 2025-ci il tarixli qərardan göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 227-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməsi, qərarın surəti inzibati təsir tədbiri görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, araşdırma tam, hərtərəfli və obyektiv aparılması təmin olunmamış, zəruri olan bütün prosessual hərəkətlər icra edilməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında inzibati material protokol tərtib edən orqana geri qaytarılmalıdır. Belə ki, iş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 10 aprel 2025ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müracəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olmadığı, AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilməsi, həmçinin qərarın surəti Quba rayon prokuroruna və maraqlı tərəflərə gondərilməsi qərara alınmışdır. Araşdırma zamanı tərəflər dindirilərkən məlum olmuşdur ki, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə təqdim edilmədən inzibati protokol tərtib edilmiş və zərərçəkmiş şəxs həmin qərardan şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə belə hesab edir ki,cinayət işinin başlanması rədd edilsə də, qərarın surəti proses iştirkçıları tərəfindən rəsmi qaydada alınmadığından, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol və toplanmış material Quba RPŞ-nə geri qaytarılsın. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-346/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-346/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver