Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-347/2022 07.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Butyatiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 08.03.2022-ci il tarixdə, saat 01 radələrində Quba şəhəri, Sahil küçəsində Şəxs və X2 RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərindən siqaret kağızına bükülü olan heroin aşkar edilmişdir. Həmin faktla bağlı Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən araşdırma aparılmış, 08 mart 2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işi başlanması rədd edilmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 08 mart 2022-ci il tarixli, MN 1327214-471 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 08.03.2022-ci il tarixdə üzərində narkotik vasitə aşkar edilmiş, 1-2 aydır ki, narkotik vasitədən istifadə edir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarında olan “Məhkəmə Ekspertiza Mərkəzinin 08 mart 2022-ci il tarixli 6/1372 №li Ekspert Rəyindən görünür ki, “Şəxs üzərindən ...” və.s yazılar, imzalar olan kağız paketdəki bir ədə bükümdə təmiz çəkisi 0,062 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan 07.04.2022-ci il tarixli, 45 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt Şəxs narkotik maddə qəbulu nəticəsində məst olma halı yüngül dərəcə sərxoşluğu vardır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X11 07.04.2022-ci il tarixli, 305 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs 07.04.2022-ci il tarixdə, saat 13:10-da həkimnarkoloq A.Muradxanov tərəfindən müayinə olunmuş və ondan götürülmüş testin nəticəsi “pozitiv” kimi qiymətləndirilmişdir. Vətəndaşın məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin inzibati həbsin başlanğıcı 07 aprel 2022-ci il tarixdən, saat 18:00-dan hesablanmalı, iş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinə Təchizat xidmətinə təhvil verilmiş ümumi çəkisi 0,022 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 07 aprel 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. İş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinə Təchizat xidmətinə təhvil verilmiş ümumi çəkisi 0,022 qram narkotik vasitə heroin məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-347/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-347/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver