Məhkəmə qərarları › İş №3(027)-347/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-347/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-347/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba şəhəri, 32- 33-cü məhəllə ünvanında qeydiyyatda olan, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 22 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 13 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba regional “Asan Xidmət “ mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ- 15000 saylı, xx.xx.2022-ci il tarixli.8İ-13451 saylı və xx.xx.2022-ci il tarixli,8İ-13446 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Quba regional “Asan Xidmət“ mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-15000 saylı icra sənədinə əsasən borclu Şəxs 1575 manat pul alınaraq, tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli.8İ-13451 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 803,15 manat məbləğində pul alınaraq, tələbkar Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə tutulmalıdır. Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,8İ-13446 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 1558,94 manat məbləğində pul alınaraq, tələbkar Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 81-15000 saylı icra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə tədbirlər davam etdirilmiş və borclunun faktiki yaşayış yeri məlum olmadığından, onun axtarılması haqqında xx.xx.2022-ci il tarixində qərar qəbul olunaraq icra edilməsi üçün aidiyyatı üzrə Quba rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində xx.xx.2022-ci il tarixli 560186/22 saylı axtarış işi açılmışdır. İş üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixdə Polis tərəfindən saxlanılaraq Quba rayon icra şöbəsinə gətirilmiş və şöbəyə vermiş olduğu izahatında borcunu hər ay ödəyəciyini bildirmişdir. Lakin borclu Şəxs heç bir ödəniş etmədiyinə görə yenidən axtarılması haqqında xx.xx.2023-cü il tarixində qərar qəbul olunaraq icra edilməsi üçün aiddiyatı üzrə Quba rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində xx.xx.2023-cü il tarixli 560313/23 saylı axtarış işi açılmışdır. Borclu Şəxs icra sənədində göstərilən məbləğdən tələbkarın xeyrinə bu günə qədər heç bir ödəniş etməmişdir. Şəxs rəsmi bildiriş göndərilməsinə baxmayaraq, qeyd edilən icra sənədlərini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o bu qərarları icra etməkdən imtina etmir, lakin qeyd olunan borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Ailəlidir, bir azyaşlı övladı var və ailəsilə bərabər Bakı şəhərində kirayədə yaşayır. Yaxın aylardan başlayaraq ödəniş edəcək, hal-hazırda heç bir ödəniş etmək iqtidarında deyil. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ona bir-neçə ay vaxt verilməsini xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba regional “Asan Xidmət “ mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-15000 saylı icra sənədinə əsasən borclu Şəxs 1575 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli.8İ-13451 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 803,15 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə tutulmalıdır. Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,8İ-13446 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 1558,94 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 122682/22-06P saylı, xx.xx.2022-ci tarixli 222060/22-01 saylı və xx.xx.2022-ci tarixli 222055/22-01 saylı bildirişlərdən görünür ki, tələbin könüllü icrası barədə Şəxs tələbin 10 gün müddətində icra olunması barədə bildiriş göndərilmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə və dəfələrlə icra sənədinin icra edilməsinin tələb edilməsinə baxmayaraq, icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar