Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-348/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Babayev Aydın Vahid oğlu, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3 saylı region üzrə DƏM-in 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətini nəzərdən keçirib, müəyyən etdim: İş materiallarında olan sənədlərdən görünür ki, X4 barəsində tərtib olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli və 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət və əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətçi tərəfindən qeyd olunan ******* saylı 04 yanvar 2019-cu il tarixli, 000349 saylı 09 mart 2018-ci il tarixli və ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır, Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3 saylı region üzrə DƏM-in 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə material natamam olduğundan inzibati xəta haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-348/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-348/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver