Məhkəmə qərarları › İş №3(027)-349/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-349/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-349/2025 01.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nin Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* qərarla inzibati qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 11 aprel 2025-ci il tarixdə saat 12 radələrində şəxsi işi ilə əlaqədar idarə etdiyi özünə məxsus KİA SPORTAGE MİNİK markalı ** BH *** dövlət nömrə nişan avtomaşınla 40-50 km/saat sürətlə yaşadığı Hacıhüseynli kəndindən Quba şəhərinə doğru hərətəkdə olan zaman Barlı kəndində yaşayış evlərinin arasından yolun sağ tərəfindən bir yaşıl rəngli VAZ-2106 markalı avtomaşın onun yoluna çıxmışdır. Həmin avtomaşın onun yoluna çıxanda aralarında təxminən 50-60 metr məsafə olmuşdur. O, hətta ona işıqla işarə etmiş ki, bu cür şəkildə yola çıxmanın təhlükəli olmasını ona bildirmişdir. Lakin araların yaxşı ki, kifayət qədər məsafə olduğundan həmin avtomaşını ötmədən arxasınca yoluna davam etmişdir. Təxminən 300 metr məsafədən sonra arxadan gələn YPX avtomaşını onu yolun kənarındakı YDM-nin yaxınlığında saxlamış və bir nəfər YPX inspektoru,polis serjantı ona bildirmiş ki, güya o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Halbuki, yuxarıda göstərdiyi kimi o, yoluna çıxan avtomaşını aralarında kifayət qədər məsafə olduğu üçün ötməyərək arxasınca yoluna davam etmişdir. Yoluna çıxan VAZ-2106 markalı avtomaşına dı işıqla xəbərdaredici işarə vurmuşdur. Əksinə ,YPX inspektoru yoluna çıxan həmin VAZ- 2106 markalı avtomaşını saxlamalı idi. Bir qədərdən sonra qeydiyyatda olan, oğlu X3 mobil telefonuna gözlənilmədən SMS xəbər daxil oldu ki, o, AR İXM-nin 327.2- ci maddəsilə 100 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə DYPB-dən barəsində qəbul olunmuş inzibati xəta barədə qərarın surətini götürmüş və həmin qərar əsassız olduğundan məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdi. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN DİN-nin QUBA RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə KİA SPORTAGE MİNİK markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıhüseynli kəndindən Quba şəhərinə doğru hərətəkdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununa əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməməlidir. Belə ki, xüsusi texniki vasitə ilə əldə olunmuş görüntüdən göründüyü kimi, KİA SPORTAGE MİNİK markalı ** BH *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə edildiyini əks etdirən görüntü mövcuddur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar