Məhkəmə qərarları › İş №3(027)-350/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-350/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-350/2025 01.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 nümayəndəsi X2 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN Quba DYP-nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarla inzibati qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 09 aprel 2025-ci ildə idarə etdiyi **-CN-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobillə Quba şəhərində, Heydər Əliyev prospektində Bakı şəhəri istiqamətində hərəkət edərkən, Mərkəzi Poçtun qabağında, arxadan gələn X6 maşı onu saxlamışdır. Avtomobildən düşən Quba X6 Bölməsinin əməkdaşı özünü təqdim etmədən, yaxasındakı videokameranı qoşmadan ona bildirdi ki, guya o, Heydər Əliyev prospektində, Köhnə Avtovağzalın qabağındakı dairədə sol tərəfdən gələn avtomobili buraxmamışdır. O, bildirdi ki, belə bir şey olmayıb, o, heç bir qayda pozmamışdır. DYP əməkdaşı bildirdi ki, “xeyr, sən qaydanı pozmusan və mən bunu öz gözlərimlə görmüşəm.” Mən belə olduğunda DYP əməkdaşından onun qayda pozuntunun video və ya fotogörüntülərini təqdim etməsini xahiş etsə də, o, heç bir videogörüntü və ya fotoşəkil təqdim etməmişdir. O, bir daha bildirdi ki, o heç bir qayda pozmamışdır. DYP əməkdaşı isə cavabında dedi ki, “mən indi rəisə zəng edim, sonra səninlə danışaram.” O, telefonla kiməsə zəng etdi və ona bildirdi ki, “rəis deyir ki, 50 manat versin, qayda pozuntusunu silək.” O, yenə də bildirdi ki, qayda pozmamışdır. DYP əməkdaşı ona özünün telefonunun ***-***-**-** nömrəsini verdi və dedi ki, ona bir saat vaxt verir, bir saata pul düzəltib, 50 manatı ona çatdırsın. Yoxsa ona cərimə yazılacaq. O, qayda pozmadığına görə, ona zəng etməmiş, bir saatdan sonra ona 100 manat cərimə olunmağı barədə mesaj gəlmişdir. Mesajda göstərilirdi ki, İXP7032718 saylı protokola əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi (Yolayrıcını keçmə qaydalarının pozulması) ilə 100 manat cərimə olunmuşdur. Protokola heç bir videogörüntü və ya fotoşəkil əlavə olunmayıb ki, bu da protokolun yalandan tərtib olunduğuna sübutdur. Göstərilən qanun pozuntusu barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə və Baş X6 İdarəsinin 902 Xidmətinə telefonla məlumat vermişdir. Lakin müraciətlərinin heç bir nəticəsi olmayıb.. Məhkəmə iclasında şikayət verən X1 nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdi. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası Quba DYP-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə **-CN-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobillə Quba şəhərində, Heydər Əliyev prospektində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5.5-ci bəndinə əsasən yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Təqdim olunmuş inzibati xəta haqqında elektron qərara əlavə edilmiş görüntüdə 3.20 – ötmək qadağandır yol nişanının qüvvəsi olan ərazidə avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etdiyi müəyyən olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN Quba DYP-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar