Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-352/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, xx.xx.1976-cı ildə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 27.12.2021-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ova getdiyi zaman 1 ədəd qoşa lüləli 16 kalibirli, 20732 nömrəli tüfəngi aparaq mülki ov silahını saxlamışdır. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 14.03.2022-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Quba rayon Polis şöbəsində izahat verərək bildirmişdir ki, 27.12.2021-ci il tarixdə saat 10 radələrində qohumu Eldam Əhmədov ona kəndin içində bildirib ki, dovşan ovuna getmək istəyir. O, da evində olan Quba rayonu 2-ci Nügədi kənd sakini Zülfü adlı şəxsdən aldığı qoşalüləli 16 çaplı, 20732 nömrəli mülki ov silahını götürüb və onlar birlikdə dağa tərəf gedib. Dağda qərara gəliblər ki, bir-birində ayrı şəkildə ov etsinlər. Bir qədər sonra tüfəng səsi gəlib və səsə tərəf yaxınlaşdığı zaman orada Eldam Əhmədovun yerdə uzanıqlı vəziyyətdə onu köməyə çağırdığını görüb. Ona yaxınlaşıb və ayağının qanadığını görüb. Nə baş verdiyini soruşduqda Eldam Əhmədov ona bildirib ki, ayağı kola ilişib və yerə yıxıldığı zaman tüfəngdən atəş açılıb, güllə ayağına dəyib. O, dərhal onun ayağımda qanı kəsmək üçün əski ilə sarıyıb və ona köməklik edib qəsəbəyə tərəf düşürüb və TTY çağırıb onu xəstəxanaya aparıb. Həmin silahı 1 ay əvvəl Quba rayonu 2-ci Nügədi kənd sakini Zülfi adlı qohumundan qaytarmaq məqsədi ilə alıb, o, həmin gün xidmətdə olmamışdır.. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı X3 tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs 25.01,2022-ci il tarixli əmrlə xidmətdən xaric olunması nəzərə alınmaqla, 27.12.2021-ci il tarixdə Quba rayonu Qonaqkənd qəsəbəsi dağlıq əraziyə ova getdiyi zaman 01 ədəd qoşalüləli 16 çaplı, 20732 nömrəli tüfəngi faktında cinayət tərkibi deyil, Arərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətasının tərkibi vardır. Odur ki, Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, əməlindən peşman olmasını Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, qanunsuz saxladığı 1 ədəd qoşa lüləli 16 kalibirli, 20732 nömrəli ov tüfəngi müsadirə edilməklə Şəxs 80 (səksən) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, qanunsuz saxladığı 1 ədəd qoşa lüləli 16 kalibirli, 20732 nömrəli ov tüfəngi müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-352/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-352/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver