Məhkəmə qərarları › İş №3(027)-352/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-352/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-352/2023 14.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Ağabala oğlu, X4 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyənetdi: Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 227-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1623741-1547 №li, 1623742-1548 №li və 1623743-1549 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən Solmaz Nizamovaya məxsus təzə tikdirdiyi evindən 89 manat 69 qəpik dəyərində taxta parçaları gizli olaraq talamış, xx.xx.2023-cü il tarixdə, saat 05:15-da Quba rayonu, İqriq kəndində yerləşən Murad Novruzova məxsus “Real” marketə arxa nəfəslikdən daxil olaraq kassadan 35 manat pulu oğurlamış, xx.xx.2023-cü il tarixdə, saat 05:00-da Quba rayonu, İqriq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya şüşəni sındırmaqla daxil olaraq kassadan 25 manat pulu gizli yolla talamışdır. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən Solmaz Nizamovaya məxsus təzə tikdirdiyi evindən 89 manat 69 qəpik dəyərində taxta parçaları gizli olaraq talamış, xx.xx.2023-cü il tarixdə, saat 05:15-da Quba rayonu, İqriq kəndində yerləşən Murad Novruzova məxsus “Real” marketə arxa nəfəslikdən daxil olaraq kassadan 35 manat pulu oğurlamış, xx.xx.2023-cü il tarixdə, saat 05:00-da Quba rayonu, İqriq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan şüşəni sındırmaqla kassadan 25 manat pulu gizli talamışdır. Hazırda zərəçəkmişlərə dəymiş ziyanı ödəmiş və zərəzçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Ağabala oğlu, X4 və X5 izahatlarında onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, hazırda Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişlər. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli qərarların surətlərindən göründüyü kimi, qeyd edilən əməllərlə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Ağabala oğlu, X4 və X2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan Şəxs tərəfindən tam ödənilmiş, hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslərlə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar