Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-353/2021 20.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən X2, Zərərçəkmiş şəxs Ağamirzəyev Fərahim Şahmirzə oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Fərahim oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Fərahim oğlu barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Fərahim oğlu xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan atası Ağamirzəyev Fərahin Şahmirzə oğlunu yumruqla vuraraq, ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X6 bildirdi ki, Şəxs Fərahim oğlu xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan atası Ağamirzəyev Fərahim Şahmirzə oğlunu yumruqla vuraraq, dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərahim oğlu bildirdi ki, xx.xx.2021-ci il tarixdə baş verən hadisədə özünü təqsirli bilir, əməlindən peşmandır, bir daha bu cür hərəkətlər etməyəcək. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan işə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs Ağamirzəyev Fərahim Şahmirzə oğlu bildirdi ki, oğlu- Şəxs Fərahim oğlu xx.xx.2021-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı onu vurmuşdur. Hazırda oğlu Şəxs Fərahim oğlu ilə barışdığını bildirərək, onun barəsində olan işə xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs Fərahim oğlu inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Şərh edilənləri və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Fərahim oğlunun inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Fərahim oğlu inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-353/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-353/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver