Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-354/2021 20.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 10:35 radələrində Quba rayonunun Çiçi kəndində yaşadığı evin həyətində 3 ədəd narkotik tərkibli çətənə şitili aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində xx xxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, yaşadığı evdə iki ədəd papuqay saxlayır və təxminən 10 gün öncə onlar üçün Sumqayıt şəhərində yerləşən “Zoo" marketdən yem aldığı zaman həmin yemin tərkibindən 3 ədəd çətənə tumu aşkarlamışdır. Həmin yemlərin tərkibində həmişə o tumlardan olduğunu, buna səbəb quşların daha enerjili olmasına kömək etdiyini bildirmişdir. O, həmin tumları yemin içərisindən götürüb əkmək, ilk dəfə həmin vasitədən istifadə etmək qərarına gəlmiş və toxumları bu səbəbdən əkib, qulluq etməyə başlamışdır. Qeyd olunan tumların birini həyətyanı sahəsində, ikisini isə ağ və sarı rəngli vedrələrin içərisində əkmiş, onlara mütəmadi qulluq etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Quba RPŞ-nin əməkdaşları ünvanına gələrək, narkotik vasitənin əkimi və plantasiyası ilə məşğul olduğunda şübhəli bilindiyi üçün həyətyanı sahəsinə baxış keçirmişlər və həmin bitkiləri qablaşdırıb götürmüşlər. Narkotik vasitə istifadə etmədiyini, əvvəllər də bu vasitəni qəbul etmədiyini, narkotik vasitənin satışı və əkini ilə məşğul olmadığını qeyd etmişdir. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2021ci il tarixli qərardan görünür ki, Şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiya etməsi ilə Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Ona görə də onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən götürülmüş, 1 ədəd zərfdə olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi Quba RPŞ-nin Təchizat xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2021-ci il tarixli, 7/366 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs həyətindən götürülmüş...” yazıları və imzalar olan kağız paketdəki ümumi sayı 02 (iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi-0,551 qram, olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. - Qalan 01 (bir) ədəd bitki nümunəsi inkişafın cücərmə fazasında olduğuna görə onun hansı növ bitkiyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Aqranomun rəyinə əsasən təqdim edilmiş 02 (iki) ədəd çətənə (kannabis) şitillərinə və 01 (bir) ədəd bitkiyə aqrotexniki qulluq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində həbs etmənin xx xxxxx 2021-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. İş üzrə maddi sübut olan Şəxs yaşadığı evinin həyətindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinə təhvil verilmiş 1 ədəd zərfdə olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-354/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-354/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver