Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-355/2023 16.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Babayev Aydın Vahid oğlu, X1 Quba Rayonu Yol Patrul xidməti inspektoru Polis serjantı X3 tərəfindən tərtib edilən inzibati xətalar məcəlləsinin 329.1-ci və 342.9-ci maddələrilə tərtib edilmiş protokolun və tənbeh vermə haqqında qərardadın ləğv edilməsi barədə şikayətini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Təqdim edilmiş şikayətdən göründüyü kimi, X2 barəsində olan Quba rayonu Yol Patrul xidməti inspektoru Polis serjantı X3 tərəfindən tərtib edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.9-ci maddələrilə tərtib edilmiş protokolun ləğv edilməsi və protokolu yazılarkən qərarsız olmasının, onun avtomaşınının həmən gün idarə olunmamasını özləri tərəfindən idarə olunarkən hec bir nöqsan olmadığı halda kəmər və digər cərimə yazılmasını nəzərə alaraq qərarsız qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət və əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətçi tərəfindən qeyd olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.9-ci maddəs ilə tərtib edilmiş İXP ******* saylı 05 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə qərar iş materiallarına əlavə edilməmişdir. Həmçinin şikayətdə ilkin olaraq qərardadın ləğv edilməsi kimi müraciət qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilən Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: X1 Quba Rayonu Yol Patrul xidməti inspektoru Polis serjantı X3 tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.9-ci maddələrilə tərtib edilmiş protokolun və tənbeh vermə haqqında qərardadın ləğv edilməsi barədə şikayət materialı natamam olduğundan geri qaytarılsın. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-355/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-355/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver