Məhkəmə qərarları › İş №3(027)-357/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-357/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-357/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, X2 barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: X2 21.04.2021-ci il tarixdə saat 01:30 radələrində Quba rayonu Təngəaltı kəndində “Vəlvələ” kafesində karantin rejimi qaydalarını pozmuş və puldan qumar oynamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən X2 barəsində toplanmış materiallar baxılmaq üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələri ilə təqsirləndirilməsinə dair 21.04.2021-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-357/2021 nömrəli iş bir icraatda 3(027)-358/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələri ilə təqsirləndirilməsinə dair 21.04.2021-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(027)-357/2021 nömrəli iş bir icraatda 3(027)-358/2021 nömrə ilə birləşdirilsin. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar