Məhkəmə qərarları › İş №3(027)-358/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-358/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-358/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, «Quba rayon Mərkəzi Xəstəxanası» X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X2”n nəzdində olan Alekseyevka kəndində yerləşən Alekseyevka həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X2”n nəzdində olan İqriq kəndində yerləşən İqriq həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X2”n nəzdində olan İqriq Zizik kəndində yerləşən Zizik həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X2”n nəzdində olan Aşağı-Xuc kəndində yerləşən Aşağı-Xuc həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 18 aprel 2025-ci il tarixdə Zərqava kəndində yerləşən həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 3.12; 4.4, 6.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, «Quba rayon Mərkəzi Xəstəxanası» X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: «Quba rayon Mərkəzi Xəstəxanası» X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* MN seriyalı 1252261, MN seriyalı 1252262, MN seriyalı ******* və 18 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-357/2025 nömrəli inzibati iş, 3(027)-358/2025 nömrəli inzibati iş, 3(027)-359/2025 nömrəli inzibati iş, 3(027)- 360/2025 nömrəli inzibati iş və 3(027)-361/2025 nömrəli inzibati iş bir icraatda 3(027)-361/2025 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar