Məhkəmə qərarları › İş №3(027)-359/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-359/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-359/2023 16.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Protokolu tərtib edən X4, barəsində X9 iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1995-ci ildə Quba rayonunda anadan olmuş, orta təhsilli, subay, "xxxx" Ltd MMC-də operator işləyən, Quba rayonu, Əliməmmədoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 511.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş X9 materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Quba rayonu, Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* №-li X9 protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində X9 iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, barəsində tərtib edilmiş protokolla tanış olmuşdur. Qardaşı qazidir. Qubaya onun səhhəti ilə əlaqədar dərman almağa getmişdir. Yolda polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, o, da avtomaşını saxlamışdır. Həmin vaxt tanımadığı “VAZ-2107” markalı avtomaşının sürücüsü ora gələrək, onun avtomaşını yüksək surətlə idarə etdiyindən şikayət etmişdir. O, avto xuliqanlıqla bağlı heç bir qayda pozuntusu etməmişdir. Ona görə də barəsində tərtib olunmuş X9 protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində X9 icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 bildirdi ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsinin tərkibi yoxdur. Ona görə də Şəxs barəsində tərtib olunmuş X9 protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib edən X1 Şöhrət Yədulla oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə X9 protokolun onun tərəfindən tərtib edildiyini, Şəxs yüksək surətlə avtomaşın idarə etdiyinə və qadağan olunan yerdə ötmə əməliyyatı etdiyinə görə saxlamış, həmçinin həmin vaxt Həzrət adlı taksi sürücüsü onlara yaxınlaşaraq Şəxs avtomaşının yüksək sürətlə idarə etməsindən şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Xaçmaz-Quba yolunun Barlı kənd ərazisində Quba rayonu istiqamətində istiqamətində dayanan zaman, Şəxs avtomaşınla onun yanından yüksək sürətlə keçdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsində bu Məcəllənin 511.1-ci maddəsində (avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə) nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəmədə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübut (video görüntü) təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs Azərbaycan Respublikası İXM-in 511.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli X9 protokol üzrə X9 iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli X9 protokol üzrə X9 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar