Məhkəmə qərarları › İş №3(027)-36/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-36/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-36/2021 12.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu İnzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, inzibati xəta hadisəsi olmadığından və əməlində inzibati xətanın tərkibi olmadığından barəsində Quba rayon YPX inspektoru polis serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqına qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Qımıl-Qışlaq kəndində yaşayır. X3 yaşlı olduğundan sonra vaxtlar tez-tez xəstələnir. Sonuncu dəfə anası yenidən xəstələndiyi üçün xx xxxxxx 2020-ci il tarixdə anasını Quba rayon Mərkəzi Xəstəxanasına aparmış, xx xxxxxx 2020-ci il tarixdə anası Quba rayon Mərkəzi Xəstəxanasında ölmüş, onu kəndə aparıb dəfn etmişdir. Bu barədə xəstəxanadan arayış verilmişdir. Bundan sonra anasına ölüm haqqında şəhadətnamə almaq üçün yaşadığı kəndin icra nümayəndəliyinə müraciət etmişdir. Ona anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün öldüyü xəstəxanadan arayış lazım olduğu bildirilmişdir. Anası Quba rayon Mərkəzi Xəstəxanasında öldüyü üçün oradan arayış lazım olduğundan, Quba rayon X10 şəhərində yerləşdiyi üçün, Quba şəhərinə giriş də məhdudlaşdırıldığı üçün, Xəstəxanaya getmək üçün Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx xxxxxx 2020-ci il tarixli xüsusi karantin rejimin sərtləşdirilməsi haqqında Qərarına uyğun olaraq 8103 nömrəsi 2 nömrəsinə şəxsiyyət vəsiqənin nömrəsini göndərmişdir. Ona həmin xidmətdən 10:49-da sms icazə bildirişi gəlmişdir. Bundan sonra o Quba şəhərinin girişində, Quba Regional ASAN Xidmət mərkəzinin yanında quraşdırılmış stasionar karantin postuna yaxınlaşaraq, anasına ölüm haqqında şəhadətnamə almaq üçün Quba rayon Mərkəzi Xəstəxanasından arayış almaq lazım olduğunu, buna görə Quba rayon Mərkəzi Xəstəxanasına getdiyini bildirmişdir. Hətta bu barədə ona icazə ilə bağlı göndərilmiş sms bildirişini polis əməkdaşına təqdim etmişdir. Postdakı polis əməkdaşı ona şəhərə girişə icazə verilmədiyini bildirmiş və postun yanında olan digər əməkdaşa yaxınlaşmağını qeyd etmişdir. O, həmin əməkdaşa yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin əməkdaş ona 200 manat məbləğində cərimə yazıldığını bildirmişdir. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən X2 DYP-nin hansı qərarından şikayət verməsi məlum deyil. Çünki iş materiallarında qeyd edilən qərar mövcud deyil. Beləliklə hesab edirəm ki, X2 DYP-nin hansı qərarından şikayət verməsi məlum olmadığından, onun verdiyi şikayət geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar