Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-360/2024 02.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X1, X1 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 14 dekabr 2023-cü il tarixli EQ 18510018 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 14 dekabr 2023-cü il tarixli EQ 18510018 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba şəhəri, H. Əliyev prospektində xx.xx.2023-cü il saat 09:09,22:06-da idarə etdiyi “VAZ 21099” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı mülkiyyətində olan avtomobillə hərəkət etdiyi zaman barəsində AR İXM-nin 346.1-ci maddəsinə əsasən elektron qərar tərtib edilmişdir. Barəsində qərar tərtib edilsə də qərar ona göndərilməmiş, heç bir məlumatı olmamışdır. Avtomobilin texniki baxış müddəti yaxınlaşması ilə əlaqədar hər hansı inzibati xəta törətməyi barədə məlumat əldə etmək üçün 18 aprel 2024-cü il tarixdə Quba rayon Polis Şöbəsinin DYPB-ə müraciət etmişdir. Ona bildirilib ki, barəsində çoxlu sayda AR İXM-ə əsasən qəbul edilən elektron qərarlar vardır. O bu qərarların qanunvericiliyə uyğun vaxtında mlumatlandırılmadığını bildirərək etiraz etdikdə əməkdaş kağıza qənaət etdiyi üçün qərarları göndərmədiyini və hazırda icra edilməyn qərarların məhkəməyə verəcəyini bildirmişdir. Belə olan halda o necə cərimələri ödəyə bilər deməklə elektron qərərların ona verilməli olduğunu bildrmişdir. Əməkdaş, həmin vəzifəli şəxs ona qərarları təqdim edərək işi məhkəməyə göndərməmək üçün heç olmasa iki qərar üzrə ödəniş etməyi təklif etmiş o da iki qərar üzrə cərimələri bölmədə olan ödəniş aparatı ilə ödəmək məcburiyyətində qalmışdı. Əməkdaşa elektron qərarla törətdiyi xətanın video müşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə həqiqəti müəyyən etməyi xahiş etmişdim, lakin tələbinin təmin olunmasından imtina olunmuşdu. Elektron qərarların qanunla müəyyən edilən qaydada göndərlməməsi, hər hansı qaydada məlumatladırmanın aparılmaması, video müşahidə kamerasınında qeydə alınan vidioya baxış keçirilməsindən qəsdən imtina səbəblərindən hesab edir ki, barəsində tərtib edilən elektron qərarlar qanunsuzdur. Hesab edir ki, həmin qərarlar kağıza qənaət etmək üçün deyil qərəzli şəkildə göndərilməmişdir. Sonradan məlum olumuşdur ki, Quba rayon Polis Şöbəsinin YPB- nin aidiyyəti vəzifəli şəxsləri qərəzli olaraq elktron qərarları qnunvericiliyə uyğun vətəndaşlara göndərməyərək texniki baxış zamanı həmin qərarların məcburi ödənilməsi həyata keçirmək niyyəti ilə vəzifə səlhiyyətlərindən sui- istifadə etmişlər Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və qeyd etmişdir ki, həmin gün orada dayanma-durma nişanı olmayıb, sonradan qoyulub. O 2-ci qrup Əfqanıstan müharibəsi əlilidir və barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN DİN-nin BDYPİ -ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli EQ 18510018 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). İş materiallarına əlavə olunmuş inzibati xəta üzrə xüsusi texniki vasitə məlumatından və həmin ərazi üzrə əlavə görüntülərdən müəyyən olunmuşdur ki, Quba şəhəri, H.Əliyev prospektində “VAZ 21099” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edildiyi yerdə 3.27- Dayanmaq qadağandır nişanı mövcuddur. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 124.6-cı maddəsinə əsasən Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DİN BDYPİnin İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli EQ 18510018 saylı qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında 14 dekabr 2023-cü il tarixli EQ 18510018 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-360/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-360/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver