Məhkəmə qərarları › İş №3(027)-361/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-361/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-361/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2, «Quba rayon Mərkəzi Xəstəxanası» X8 nümayəndəsi X1 iştirakı ilə, «Quba rayon Mərkəzi Xəstəxanası» X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsindən «Quba rayon Mərkəzi Xəstəxanası» X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X9”n nəzdində olan Alekseyevka kəndində yerləşən Alekseyevka həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X9”n nəzdində olan İqriq kəndində yerləşən İqriq həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X9”n nəzdində olan İqriq Zizik kəndində yerləşən Zizik həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 19 mart 2025-ci il tarixdə «Quba rayon Mərkəzi Xəstəxanası» X9”n nəzdində olan Aşağı-Xuc kəndində yerləşən Aşağı-Xuc həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 6.1; 9.1 və 10.4cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 18 aprel 2025-ci il tarixdə Zərqava kəndində yerləşən həkim məntəqəsində keçirilən planlı YTM zamanı YTQ 01-2001 3.12; 4.4, 6.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək, Quba rayon Mərkəzi Xəstəxanası» X9 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba rayon Mərkəzi Xəstəxanası» X5 nümayəndəsinin beş fakt üzrə törədilimiş xətaları qəbul edərək, tərtib edilmiş protokolların qanuni əsaslarla tərtib edildiyini etiraf etmişdir. İş materiallarında olan Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 24 fevral 2025-ci il tarixli, 471, 472, 473, 474 və 3-18-79/Q-1/2025 nömrəli qərarlarından göründüyü kimi, «Quba rayon Mərkəzi Xəstəxanası» X9”ni nəzdində olan Aşağı-Xuc tibb məntəqəsində, Alekseyevka tibb məntəqəsində, İqriq tibb məntəqəsində, Zizik tibb məntəqəsində və Zərqava tibb məntəqəsində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 13 mart 2025-ci il tarixli KY252290778 nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən Y95327 Tibb məntəqəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 471 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən Tibb məntəqəsində müayinə aparılarkən aşkar olunmuşdur ki: 1-ci nöqsan elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müavinətinin yoxlanılması barədə akt tərtib edilməmişdir. 2-ci nöqsan bina yanğınxəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməmişdir. 3-cü nöqsan binada mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin kimyevi tərkibi dəyişdirilməmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 13 mart 2025-ci il tarixli KY252290772 nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən Y95330 Tibb məntəqəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 472 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, Quba rayonu, Alekseyevka kəndində yerləşən Tibb məntəqəsində müayinə aparılarkən aşkar olunmuşdur ki: 1-ci nöqsan elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müavinətinin yoxlanılması barədə akt tərtib edilməmişdir. 2-ci nöqsan bina yanğınxəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməmişdir. 3-cü nöqsan binada mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin kimyevi tərkibi dəyişdirilməmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 13 mart 2025-ci il tarixli KY252290755 nömrəli çıxarışdan görünür ki, Quba rayonu, İqriq kəndində yerləşən Y95337 Tibb məntəqəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 473 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, Quba rayonu, İqriq kəndində yerləşən Tibb məntəqəsində müayinə aparılarkən aşkar olunmuşdur ki: 1-ci nöqsan elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müavinətinin yoxlanılması barədə akt tərtib edilməmişdir. 2-ci nöqsan bina yanğınxəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməmişdir. 3-cü nöqsan binada mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin kimyevi tərkibi dəyişdirilməmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 13 mart 2025-ci il tarixli KY252290741 nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Zizik kəndində yerləşən Y95332 Tibb məntəqəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 474 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, Quba rayonu, Zizik kəndində yerləşən Tibb məntəqəsində müayinə aparılarkən aşkar olunmuşdur ki: 1-ci nöqsan elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müavinətinin yoxlanılması barədə akt tərtib edilməmişdir. 2-ci nöqsan bina yanğınxəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməmişdir. 3-cü nöqsan binada mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin kimyevi tərkibi dəyişdirilməmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 22 aprel 2025-ci il tarixli KY252298553 nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Zərqova kəndində yerləşən Y113396 Tibb məntəqəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-18-79/Q-1/2025 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, Quba rayonu, Zizik kəndində yerləşən Tibb məntəqəsində müayinə aparılarkən aşkar olunmuşdur ki: 1-ci nöqsan Məntəqə yanğın avtomatik siqnalizasiya qurğuları ilə təmin edilməmişdir. . 2-ci nöqsan ərazi quru otlarla yanar tullantılardan təmizlənməmişdir. 3-cü nöqsan məntəqənin tavan örtüyündə odun taxta konstruksiyalar oda davamlı məhlul vurulmamaışdır. 4- cü nöqsan məntəqənin daxili elektrik naqilləri EQQQ-na uyğun quraşdırılmamışdır. 5-ci nöqsan məntəqə ilkin yanğınsöndürmə balonlarıyla təmin olunmamışdır. 6-cı nöqsan Məntəqədənin daxili otağında məntəqənini qızdırılması üçün nəzərdə tutulmuş artıq taxta qalıqları və oduncaq yığılmamışdır. 7-ci nöqsan Məntəqədə odsöndürən və müvafiq yanğınsöndürmə ləvazimatları tam təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, «Quba rayon Mərkəzi Xəstəxanası» X9-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, «Quba rayon Mərkəzi Xəstəxanası» X9 inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Göründüyü kimi Quba rayon Mərkəzi Xəstəxanası» X8 nəzdində fəaliyyət göstərən Quba rayonu,Aşağı-Xuc, Alekseyevka, İqriq, Zizik və Zərqava kəndlərində yerləşən tibb məntəqələri eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Quba rayon Mərkəzi Xəstəxanası» X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Quba rayon Mərkəzi Xəstəxanası» X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə beş inzibati xətanın hər birinə görə 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar