Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-362/2024 24.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 08 avqust 2023-cü il tarixli EQ 16141004 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikasının DİN BDYPİ-nin AR İXM-nin 329.1-ci maddəsinə əsasən EQ 16141004 nömrəli qərarını qanunsuz hesab edərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba şəhəri, H. Əliyev prospekti ilə Vaqif küçəsinin kəsişməsində xx.xx.2023-cü il saat 07.41, xx.xx.2023 saat 08.08.160 tarixlərində idarə etdiyi VAZ 21099 markalı 10 DĞ 268 dövlət qeydiyyat nişanlı mülkiyyətimdə olan avtomobillə hərəkət etdiyi zaman barəsində AR İXM-nin 329.1-ci maddəsinə əsasən elektron qərar tərtib edilmişdir. Barəsində qərar tərtib edilsə də qərar ona göndərilməmiş , heç bir məlumatı olmamışdır Atomobilin texniki baxış müddəti yaxınlaşması ilə əlaqədar hər hansı inzibati xəta törətməyi barədə məlumat əldə etmək üçün 18 aprel 2024-cü il tarixdə Quba rayon Polis Şöbəsinin DYPB-ə müraciət etmişdir.Barəsində çoxlu sayda AR İXM-ə əsasən qəbul edilən elektron qərarlar vardır. O, bu qərarların qanunvericiliyə uyğun vaxtında mlumatlandırılmadığını bildirərək etiraz etdikdə əməkdaş kağıza qənaət etdiyi üçün qərarları göndərmədiyini və hazırda icra edilməyən qərarların məhkməyə verəcəyini bildirmişdir. Belə olan halda ona necə cərimələri ödəyə biləcəyini deməklə elektron qərarların ona verilməli olduğunu bildrmişdir. Əməkdaş , həmin vəzifəli şəxs ona qərarları təqdim edərək işi məhkəməyə göndərməmək üçün heç olmasa iki qərar üzrə ödəniş etməyi təklif etmiş o, da iki qərar üzrə cərimələri bölmədə olan ödəniş aparatı ilə ödəmək məcburiyyətində qalmışdır. Əməkdaşa elektron qərarla törətdiyi xətanın videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə həqiqəti müəyyən etməyi xahiş etmiş, lakin tələbinin təmin olunmasından imtina olundu. Elektron qərarların qanunla müəyyən edilən qaydada göndərlməməsi, hər hansı qaydada məlumatladırmanın aparılmaması, video müşahidə kamerasınında qeydə alınan vidioya baxış keçirilməsindən qəsdən imtina səbəblərindən barəsində tərtib edilən elektron qərarlar qanunsuzdur. Sonradan məlum olmuşdur ki, Quba rayon Polis Şöbəsinin YPB-nin aidiyyatı vəzifəli şəxsləri qərəzli olaraq elktron qərarları qnunvericiliyə uyğun vətəndaşlara göndərməyərək texniki baxış zamanı həmin qərarların məcburi ödənilməsi həyata keçirmək niyyəti ilə vəzifə səlhiyyətlərindən sui-istifadə etmişlər. Xüsisi texniki vasitəsi olan işıqfor (GPS) təhlükəsizlik kəmərini qeydə almır, onun istifadə müddəti məlum deyil, qərarda göstərilməyib. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli EQ 16141004 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 (qırx) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə əsasən: konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Azərbaycan Respublikası İXM 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə olunmuş inzibati xəta üzrə xüsusi texniki vasitə məlumatından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “VAZ 21099” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmaqla təhlükəsizlik kəməri bağlanmadan idarə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli EQ 16141004 saylı qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında 08 avqust 2023-cü il tarixli EQ 16141004 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-362/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-362/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver