Məhkəmə qərarları › İş №3(027)-363/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-363/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-363/2024 24.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ 15166443 nömrəli elektron qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, DİN BDYPİ-nin AR İXM-nin 329.1-ci maddəsinə əsasən EQ 15166443 nömrəli qərarını qanunsuz hesab edərək, ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba şəhəri, H. Əliyev prospekti ilə Vaqif küçəsinin kəsişməsində 18.06 2023-cü il saat 08 31,xx.xx.2023-cü ıl tarixində saat 16.56.34-də idarə etdiyi VAZ 21099 markalı 10 DĞ 268 dövlət qeydiyyat nişanlı mülkiyyətində olan avtomobillə hərəkət etdiyi zaman barəsində AR İXM-nin 329.1-ci maddəsinə əsasən elektron qərar tərtib edilmişdir. Barəsində qərar tərtib edilsə də qərar ona göndərilməmiş , heç bir məlumatı olmamışdır Atomobilin texniki baxış müddəti yaxınlaşması ilə əlaqədar hər hansı inzibati xəta törətməyi barədə məlumat əldə etmək üçün 18 aprel 2024-cü il tarixdə Quba rayon Polis Şöbəsinin DYPB-ə müraciət etmişdir. Ona bildirilib ki, barəsində çoxlu sayda AR İXM-ə əsasən qəbul edilən elektron qərarlar vardır. O, bu qərarların qanunvericiliyə uyğun vaxtında mlumatlandırılmadığını bildirərək etiraz etdikdə əməkdaş kağıza qənaət etdiyi üçün qərarları göndərmədiyini və hazırda icra edilməyi qərarların məhkməyə verəcəyini bildirmişdir. Belə olan halda o necə cərimələri ödəyə bilər deməklə elektron qərərların ona verilməli olduğunu bildrmişdir. Əməkdaş, həmin vəzifəli şəxs ona qərarları təqdim edərək işi məhkəməyə göndərməmək üçün heç olmasa iki qərar üzrə ödəniş etməyi təklif etmiş onda iki qərar üzrə cərimələri bölmədə olan ödəniş aparatı ilə ödəmək məcburiyyətində qaldı. Əməkdaşa elektron qərarla törətdiyi xətanın videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə həqiqəti müəyyən etməyi xahiş etdi, lakin tələbinin təmin olunmasından imtina olundu. Elektron qərarların qanunla müəyyən edilən qaydada göndərlməməsi, hər hansı qaydada məlumatladırmanın aparılmaması, video müşahidə kamerasınında qeydə alınan vidioya baxış keçirilməsindən qəsdən imtina səbəblərindən hesab edirəm ki, barəmdə tərtib edilən elektron qərarlar qanunsuzdur. Hesab edir ki həmin qərarlar kağıza qənaət etmək üçün deyil qərəzli şəkildə ona göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 15166443 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmiş, həmçinin həmin vaxt avtomobili özü idarə etdiyini və təhlükəsizlik kəməri olmadan idarə etdiyini bildirmişdir. Eyni zamanda həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15166443 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələblərinə riayət etməyərək, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə edərək, qaydaları pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edimiş xx.xx.2023-cü il tarixli, EQ 15166443 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 15166443 nömrəli elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar