Məhkəmə qərarları › İş №3(027)-364/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-364/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-364/2023 11.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli. 01400-01156/23 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 03 mart 2023-cü il tarixli. 01400/01672 nömrəli Azərbaycan Respublikası İXM-nın 483- cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 03 mart 2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən onun guya 141 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 1795522.67 ABŞ dolları (3052388.53 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etmədiyi əsası ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilərək inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində vəsaitin dəyərinin 50 faizi, yəni 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə olunmuş 1795522,67 ABŞ dolları (3052388,53 manat) məbləğində vəsaitin qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərarı rəsmi qaydada 09 mart 2023-cü il tarixdə almışdır. O, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində qəbul edilmiş 03 mart 2023-cü il tarixli, 01400/01672 nömrəli qərar ilə razılaşmır. Belə ki, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən başlanılmış inzibati xəta barədə iş üzrə icraata inzibati xəta haqqında işə baxılan vaxt bəzi gömrük bəyannamələri üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından, o cümlədən qeyd edilən vəsaitlərin geri qaytarılmaması ondan asılı olmayan səbəblərdən baş verdiyindən və onun bu halda təqsiri olmadığından iş üzrə icraata xitam verilməli idi. Belə ki, gömrük bəyannamələrinin bəzilərinin tarixi xx.xx.2021-xx.xx.2021-ci illərdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hazırki iş üzrə xətanın törədilmə müddəti bəzi malların bəyan olunduğu, yəni xx.xx.2021-xx.xx.2021-ci il tarixdən 180 gün hesablandıqda xx.xx.2022 və xx.xx.2022-ci il edir ki, həmin gündən bir il müddət xx.xx.2023-cü il tarixdə keçmişdir. Lakin o, qeyd edilən gömrük bəyannamələri üzrə də hazırda mübahisələndirdiyi qərar üzrə məsuliyyətə cəlb edilmişdir. Ən əsası isə o, gömrük bəyənnamələri əsasında 2021-ci ilin sentyabr ayında ixrac etdiyi yüklərin dəyərini xarici ölkədən geri qaytara bilməmişdir. Müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması ondan asılı olmayan səbəblərdən baş verdiyindən, yəni onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadığından o, təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, onun mal ixrac etdiyi və aralarında müqavilə olan şəxslər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün o, onları Moskva Arbitraj Məhkəməsinə vermişdir. Halhazırda Moskva Arbitraj Məhkəməsində işlə bağlı araşdırma aparılır. Təqsirli olmadığı əmələ görə inzibati məsuliyyətə cəlb edilməyi qanunsuzdur. Məhz bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021 -ci il tarixli qərarında da qeyd olunur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibatı xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi və vəkili şikayətin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, 141 bəyannamə üzrə vəsaitin ölkəyə geri qaytarılmamasının səbəbi kimi şikayətçinin qeyd etdiyi faktlar həqiqətə uyğun deyil. Belə ki, şikayətçi barəsində inzibati xəta haqqında icraat aparılarkən idarəyə dəvət edilmiş, lakin, o gəlməkdən boyun qaçırmışdır. Lakin, şikayətçi qeyd olunan faktlarla bağlı sübut təqdim etsəydi onun barəsində başlanılmış inzibati xəta haqqında icraat dayandırıla bilərdi. Rusiya Federasiyasında mülki qaydada verdikləri iddia ərizəsində tarix qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixədək müraciət edilmişdisə, bu barədə idarəyə məlumat verilməli idi. Şikayətçi barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə rəsmi qaydada məlumatlandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə qörə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci ıl tarixli qərarını rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000,00 (iyirmi min) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000,00 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardaddan görünür ki, X2 "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi Rusiya Federasiyası Moskva şəhəri Arbitraj Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Şikayətçi qeyd edir k, gömrük bəyannamələrinin bəzilərinin tarixi xx.xx.2021xx.xx.2021-ci illərdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hazırki iş üzrə xətanın törədilmə müddəti bəzi malların bəyan olunduğu, yəni xx.xx.2021-xx.xx.2021-ci il tarixdən 180 gün hesablandıqda xx.xx.2022 və xx.xx.2022-ci il edir ki, həmin gündən bir il müddət xx.xx.2023-cü il tarixdə keçməsini və qeyd edilən gömrük bəyannamələri üzrə də hazırda mübahisələndirdiyi qərar üzrə məsuliyyətə cəlb edildiyini, bunun əsasında da icraata xitam verilməsini xahiş etsə də, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 141 bəyannamə üzrə vəsaitin ölkəyə geri qaytarılması X3 tərəfindən təmin edilməmişdir. Qeyd olunan bəyannamələrlə bağlı bir neçəsi üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatmış olsa da, digər bəyannamələr üzrə məsuliyyətə cəlb etmə müddəti başa çatmamışdır. Bununla da, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə riayət etməyərək, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması tələblərini pozması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinin tələblərinə riayət etməyərək, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması tələblərini pozmuşdur. Həmin bəyannəmələr üzrə köçürülməli olan vəsaitin üzrlü səbəbdən gecikməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən əvvəl Rusiya Federasiyası Moskva şəhəri Arbitraj Məhkəməsinə müraciət etməsini iddia etsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, X2 "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi Rusiya Federasiyası Moskva şəhəri Arbitraj Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/01672 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar