Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-367/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Xınalıq kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxx 2021-ci il və xx xxxxx 2021-ci il tarixdə qardaşı X6 ilə birlikdə Xınalıq kənd orta məktəbinin həyətindən 60 ədəd mişar daşını aparmışdır. Bununla bağlı Quba RPŞ-nin Qonaqkənd PB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx xxxx 2019-cu il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə qardaşı ona məktəbin həyətində olan 30 ədədə yaxın mişar daşını öz həyətlərinə aparmasını tapşırmış və o, məktəbin həyətində olan 30 ədədə yaxın mişar daşını məktəbin həyətindən yaşadıqları ünvana aparmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 10 radələrində məktəbin həyətində qalmış 30 ədədə yaxın mişar daşını qardaşı ona yaşadığı evin həyətinə aparmasını demiş və o, məktəbin həyətində qalmış 30 ədəd mişar daşını yaşadığı evin həyətinə daşımışdır. Həmin vaxt məktəb direktoru mişar daşlarını evlərinə aparmasının səbəbini soruşanda o, 3 ay bundan əvvəl həmin mişar daşlarını aparılması üçün ona 50 manat pul verdiyini demişdir. Bildirmişdir ki, o mişar daşlarını oğurlamamışdır, qardaşı ilə X7 arasında razılaşma olmuşdur. Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmdə zərərçəkmiş şəxs X7 bildirdi ki, o, Quba rayonunun R.Kəlbiyev adına Xınalıq kənd orta məktəbinin direktoru işləyir. Bir müddət əvvəl məktəbin həyətində bulağın tikintisinə və xalçaların yuyulması üçün yer tikilməsinə görə mişar daşları qalmışdır. xx xxxxxx 2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə məktəbin həyətində olan təxminən 60 ədədə yaxın mişar daşını həmkəndliləri Rusif Qasımov və qardaşı Xəlil Qasımov məktəbin həyətindən öz həyətlərinə aparıb yığmışdır. O, bu barədə Rusif və Xəlilə bildirdikdə onu təhqir və şantaj etdiklərini bildirmişdir. Məktəbin həyətində olan 60 ədədə yaxın mişar daşlarının aparılması ilə ona 50 manat maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin vurulmuş ziyan ödənilmiş, onun şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin Qonaqkənd PB-nin sahə rəisi X4 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X9 tərəfindən qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il və xx xxxxx 2021-ci il tarixdə qardaşı X6 ilə birlikdə Xınalıq kənd orta məktəbinin həyətindən 60 ədəd mişar daşını aparmışdır. X3 barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin Qonaqkənd PB-nə göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş X7 tərəfindən verilmiş ərizədən görünür ki, onun Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-367/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-367/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver