Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-368/2021 23.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Quba rayon X4 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxx 2021-ci il və xx xxxxx 2021-ci il tarixdə qardaşı X5 ilə birlikdə Xınalıq kənd orta məktəbinin həyətindən 60 ədəd mişar daşını aparmışdır. Bununla bağlı Quba RPŞ-nin Qonaqkənd PB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Quba rayonu, Xınalıq kənd orta məktəbinin direktoru Dəmirov Yunus Yusif oğlundan məktəbin həyətində olan 60 ədədə yaxın mişar daşına görə ona 3 ay əvvəl 50 manat pul verib almışdır və xx xxxxxx 2021ci il və xx xxxxx 2021-ci il tarixlərdə qardaşı X5 ilə birlikdə Quba rayonu, Xınalıq kənd orta məktəbinin həyətindən həmin mişar daşları evlərinin həyətinə daşıyıb aparmışlar. Həmin vaxt məktəb direktoru özü də orada olmuşdur. Hesab edir ki, heç bir inzibati xəta törətməmişdir. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, Quba rayonun R.Kəlbiyev adına Xınalıq kənd orta məktəbinin direktoru işləyir. Bir müddət əvvəl məktəbin həyətində bulağın tikintisinə və xalçaların yuyulması üçün yer tikilməsinə görə mişar daşları qalmışdır. xx xxxxxx 2021-ci il tarixdə və xx xxxxx 2021-ci il tarixdə məktəbin həyətində olan təxminən 60 ədədə yaxın mişar daşını həmkəndliləri Rusif Qasımov və qardaşı Xəlil Qasımov məktəbin həyətindən öz həyətlərinə aparıb yığmışdır. Məktəbin həyətində olan 60 ədədə yaxın mişar daşlarının aparılması ilə ona 50 manat maddi ziyan dəymişdir. Həmçinin vurulmuş ziyan ödənilmiş, hazırda Bağırov Rusif Qasım oğlu barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Quba RPŞ-nin TQ-nin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs 15 fevral 2021-ci il və xx xxxxx 2021-ci il tarixdə qardaşı X5 ilə birlkidə Xınalıq kənd orta məktəbinin həyətindən 60 ədəd mişar daşını aparmışdır. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin Qonaqkənd PB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslərlə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, O, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-368/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-368/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver