Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-37/2021 12.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu İnzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, 10 ildir ki, Qubada yaşamağını və həmin gün onun icazə SMS-nin olmağını nəzərə alaraq Quba Rayonu Yol Patrul xidməti inspektoru Polis baş serjantı X3 tərəfindən tərtib edilən İnzibati Xətalar məcəlləsinin 211.1-ci maddəs ilə tərtib edilmiş protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020 ci il saat təxminən 16:00-da Quba rayonundan Qusar rayonuna getmək istəyərkən Quba-Qusar yolunun 1-ci km-də Quba rayon yol patrul inspektoru polis baş serjantı X3 onu saxlayaraq inzibati xəta törətdiyini, onun Qusar rayonun qeydiyyatda olduğunu, Qubada ola bilməyəcəyini bildirmişdir. O, polisə SMS icazəsi olduğunu, qayda pozmadığını, 10 ildir Qubada yaşadığını bildirmişdir. Polis əməkdaşı onun dediklərinə məhəl qoymayaraq 200 manat cərimə edilməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-37/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-37/2021
12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver