Məhkəmə qərarları › İş №3(027)-37/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-37/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-37/2022 14.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X2, Protokolu tərtib edən Müşfiq Mirzəyevin, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 02.01.2022-ci il tarixdə, saat 23:00 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində evin yanında hasarın o tayında uca səslə qışqıraraq nalayiq söyüşlər söymüşdür. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru M.Mirzəyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 14 yanvar 2022-ci il tarixli, MN 1186342-72 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Müşfiq Mirzəyev bildirdi ki, Şəxs 02.01.2022-ci il tarixdə, saat 23:00 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində evin yanında hasarın o tayında uca səslə qışqıraraq nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 02.01.2022-ci il tarixdə, saat 23:00 radələrində kiminsə ünavnına söyüş söyməmiş, onun arxasınca danışalnarın və başqa şəxslər tərəfindən öyrədilərək Şamil adında qonşusunun onun üstünə göndərənlərin ünvanına söymüşdür. Məhkəmədə zərərçəkmiş şəxs X3, izahatında göstərdi ki, 02.01.2022-ci il tarixdə, saat 23:00 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində uca səslə onun və ailə üzvlərinin ünvanına qışqıraraq nalayiq söyüşlər söymüşdür. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməm inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib edən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 14 yanvar 2022-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar