Məhkəmə qərarları › İş №3(027)-37/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-37/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-37/2023 10.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirinəli oğlunun və onun müdafiəçisi X3 iştirakı ilə xx.xx.1971-ci il tarixdə Quba rayonu Güləzi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs Şirinəli oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs Şirinəli oğlu xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olan zaman aralarında yaranmış mübahisə zamanı iki əli ilə boğazından tutub sıxmışdır. Nəticədə dərəcəsi təyin olunmayan xəsarəti yetirmiş və həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığları evdə söyüb təhqir edərək ünvanına qarşı nalayiq ifadələr işlətmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X5 tərəfindən Şəxs Şirinəli oğlunun barəsində xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirinəli oğlu izahat verərək göstərdi ki, qeyd olunan ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs, oğlu Nazim, Nazimin həyat yoldaşı Hökmə, və onların iki körpə övladları və xəstə anası Mafizə ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində evdə 150 qram araq içmiş və bir az sərxoş olduğuna görə arvadı Gülbacı ilə aralarında qısqanclıq zəmnində mübahisə olmuş və Gülbacı evdən çıxıb getmiş və az sonra Gülbacı evə polislərlə gəldiyini bildirmişdir. O, Gülbacını Taleh adlı şəxsə qısqanmış, buna görə də mübahisə baş vermiş və Gülbacını boğazından tutaraq sıxmadığını bildirmişdir. Həmin vaxt evdə gəlini Hökmə və qızı Aynurun olduğunda qeyd etmişdir. Əməlindən peşmandır barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, əri Şəxs, oğlu Nazim, Nazimin arvadı Hökmə, onların 2 körpəsi övladları və yataq xəstəsi olan Mafizə ilə birlikdə yaşayır. 2 ay bundan əvvəl əri Şüacətin əmisi qızı İradənin əri Taleh usta kimi işləyərək evləri təmir etmişdir. İndi əri Şücaət onu Talehə qısqanaraq, guya onun Talehlə aralarında yaxın olmasını demişdir. Bir neçə gündür ki, evdə bu məsələ ilə bağlı aralarında mübahisə gedir. 17 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində evdə olanda yenə həmin söhbət üstündə aralarında mübahisə yaranmış və Şücaət hər iki əli ilə boğazından tutub sıxmağa başlamışdır. Evdə olan gəlini Hökmə və qonaq gəlmiş qızı Aynur araya girib Şücaəti ondan aralamışlar. O, da evdən çıxaraq qonşuluqda yaşayan Gülgəzin evinə getmiş və onun ev telefonu ilə DİN-nin 102 xidmətinə zəng etmişdir.Şücaət yaşadıqları evdə qarşısında durub hər iki əli ilə boğazından tutub sıxmışdır və başqa onu vurmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirinəli oğlu ilə barışmamışdır. Onun barəsində qanunla müəyyən edilmiş ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə protokolları tərtib etmiş şəxs-Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X5 protokollarda yazılanları təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs Şirinəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması iş materialları ilə sübuta yetirilir. İş materiallarından görünür ki, Şəxs Şirinəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-36/2023 və 3(027)-37/2023 saylı işlər bir icraatda 3(027)-37/2022 saylı nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba RPŞnin TB-nun baş təhqiqatçısı polis mayoru X1 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Quba rayonu. Yeni Güləzi kəndində birlikdə yaşadıqları evdə aralarında qızqanclıq zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs hər iki əli ilə boğazından tutub sıxaraq sonuncuya fiziki ağrı yetirmişdir Göründüyü kim, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Odur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Şəxs barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 18 noyabr 2022-ci il tarixli 989 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Şirinəli oğlunun əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əsasən Şəxs Şirinəli oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən Şəxs Şirinəli oğlu İXM-nin 510 və 157-ci maddələri ilə təqsirli bilinib, barəsində 157-ci maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Şirinəli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 157ci maddədə nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar