Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-374/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Quba rayonu Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba rayonu, Alpan kəndində yaşayan və qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması barədə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 13.12.2021-ci il tarixdə, saat 21:00 radələrində Elvin Babayevə iki dəfə yumruqla sifət nahiyəsindən vuraraq, sağlamlığa zərər vurmayan bədən xasərəti yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs 13.12.2021ci il tarixdə, saat 21:00 radələrində Elvin Babayevə iki dəfə yumruqla sifət nahiyəsindən vuraraq, sağlamlığa zərər vurmayan bədən xasərəti yetirib. Protokolu Quba RPŞ-nin İstintaq Bölməsinin qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, E.Balayev onun bacısının əridi. 13.12.2021-ci il tarixdə evə gedərkən aralarında münaqişə yaranıb. E.Balayev onu bıçaqla vurmaq istədiyi vaxt o özünü qorumaq məqsədilə Elvini sifət nahiyəsindən iki dəfə yumruqla vurmuşdur. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs 13.12.2021-ci il tarixdə, saat 21:00 radələrində ona iki dəfə yumruqla sifət nahiyəsindən vuraraq, ona bədən xasərəti yetirmişdir, hazırda şikayətçidir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” Quba RPŞ-nin İstintaq Bölməsinin 23 mart 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətasının tərkibini yaratdığından barəsində həmin maddə ilə inzibati qaydada tədbirin görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, Quba RPŞ-nin İstintaq Bölməsinin 23 mart 2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 157, 40, 43, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-374/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-374/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver